Kərim Kərimli:
Ad gününüz mübarək, Mark Adolfoviç!
Bu gün əziz rəssam dostum, çox istedadlı və çox hörmətli insan Xarkov Peşəkar Ali İncəsənət Kollecinin müəllimi, Ukrayna Rəssamlar İttifaqının üzvü, əsərləri mənim də şəxsi kolleksiyamı bəzəyən rəngkar Mark Adolfoviç Konstantinopolskinin ad günüdür, yubileyidir.
Onun 75 yaşı tamam olur.
Çox təəssüf ki, Ukraynaya qarşı işğalçı Rusiyanın apardığı qanlı müharibə hələ də davam etdiyindən bu il də Xarkova gedə bilmədim və əziz dostumu qiyabi təbrik etməyə məcburam.
Əzizim Mark Adolfoviç!
Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm!
Sizə möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları, gözəl əsərlər arzulayıram.
Arzu edirəm ki, bu dəhşətli müharibə tezliklə başa çatsın, sevimli Ukraynanın ərazi bütövlüyü təmin olunsun və siz də yeni bir ruhla mənim də dəfələrlə ziyarət etdiyim və çox xoşladığım emalatxananıza qayıdasaınız.
Ad gününüz mübarək!!!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.