24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: 60 yaşın mübarək!

1 il əvvəl 923 01

Elman Eldaroğlu:

60 yaşın mübarək!

Bütün zamanlarda ölkə problemlərindən danışan, həqiqəti deməyi bacaran adamlar birmənalı qarşılanmayıblar. Sevənləri də olub, sevmiyənləri də. Hətta belə kəslərə salam verməyə qorxan adamlar da tapılıb. “Ondan nə qədər uzaq olsaq, başımız salamat qalar”- deyə düşünənlər də. Onun da ünvanına çox sözlər deyilib. Kimisi onu İran cəsusu, kimisi İsrailə işləyən, kimisi- “iqtidarın adamı olmasaydı, onu da çoxdan həbs edərdilər”, kimisi:- “бывшего КГБ-шника не бывает”- deyib, suçlayır. Nə bilim, vallah, ən dəqiqini Allah bilir...

Amma dövlətini, xalqını sevən adamdır. Siyasi savadına, təfəkkürünə söz ola bilməz. Hadisələri elə təhlil edib, dəyərləndirir ki, dürüstlüyünə şübhə qalmır. Tez-tez Tərtər hadisələrini qabardır, ölkədə baş verən hadisələrə vətəndaş mövqeyini bildirir və s.. Siz elə bilirsiniz ki, belələri çoxdur? Əsla! Bəlkə də barmaqla saymaq olar…

Gəlin, öncə onun ömür yoluna işıq tutaq. Kimdir o? Hazırda ABŞ-da yaşayan Ərəstun Oruclu. Əslən Şəmkirli olsa da rəsmi tərcümeyi-halı xeyli dərəcədə Gəncə ilə bağlıdır: 1963-cü il avqustun 18-də Gəncədə dünyaya gəlib. Orta təhsilini 1980-ci ildə Gəncədəki 42 saylı məktəbdə başa vurub.

1980-1981 illərdə Şəmkirdə fəhlə işləyib, 1981-1983 illərdə Sovet Ordusu sıralarında xidmət etdikdən sonra, 1984-1990-cı illərdə akademik Pavlov adına Birinci Leninqrad Tibb İnstitutunda ali təhsilə yiyələnib. 1990-1991 və 1994-2000 illərdə Respublika Klinik Xəstəxanasında həkim-anestezioloq, 1992-1993 illərdə MTN-nin Əks-Kəşfiyyat İdarəsinin əməkdaşı, 1994-2000-ci illərdə yenidən Respublika Klinik Xəstəxanasında həkim anestezioloq, 2000-2011 illərdə isə Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycandakı nümayəndəsi, eyni zamanda 2004-cü ildən “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin həmtəsisçisi və rəhbəridir. Göründüyü kimi FETÖ-cü və ya cəsus deyil. Hətta bir il MTN-də də çalışıb. Deməli, ciddi yoxlamalardan keçib...

Elə adamlar var ki, onlar yalana, haqsızlığa biganə qala bilmirlər. Təhlükə ilə üz-üzə dayansalar da, bədəlini ödəsələr də həqiqətin yanında olmağı özlərinə borc bilirlər. Cəsarətli olmaq, qorxu hissindən uzaq durmaq, oxumaq, inkişaf etmək, haqqın və ədalətin tərəfində olmaq onun həyat kredosudur. Necə deyərlər, təpədən dırnağa qədər azərbaycanlıdır və ölkəsini çox sevir. Nə vaxtsa tam demokratik, inkişaf etmiş, insanları firavanlıq içində yaşayan Azərbaycanı görmək arzusundadır…

Deyir ki,- “Mən millətçiliyi qəbul eləmirəm, liberal təfəkkürə sahibəm. Fikirləşirəm ki, dinindən, irqindən, milliyətindən aslı olmayaraq insana məhz insan olduğu üçün dəyər verilməlidir…”

Mütaliəni çox xoşlayır. Məqsədi- öyrənmək, öyrənmək, yenə də öyrənmək olan bu insan, əlinə düşən müxtəlif maarifləndirici kitabları acgözlüklə oxumaqdan zövq alır…

“Belə bir kəlam var ki, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Bildiyim qədər bu, Məhəmməd Peyğəmbərin sözləridir. Bu, o deməkdir ki, uşaqların işinə qarışmayın. Onlar bu zəmanəni sizdən yaxşı tanıyırlar.”- söyləyir.

İki layiqli övlad böyüdə bildiyini ən böyük uğuru hesab edir və sevinir ki, onlar heç bir çirkli oyunlara qatılmayıblar. Böyük oğlu ABŞ-ın Pennsilvaniya Universitetini bitirib və süni zəka sahəsində PhD dərəcəsi almaq ərəfəsindədir, kiçik oğlu isə həmin ölkənin Kolumbiya Universitetinin Hüquq Məktəbini bitirib və hal-hazırda Nyu Yorkda vəkil işləyir. 16-17 yaşlarından xaricdə yaşasalar da, düşünür ki, hər ikisi də iliyinə qədər azərbaycanlıdırlar…

Deyir ki,- “Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi fazası bitib. Əvvəllər Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altında idi və münaqişəni həll etmək mümkün deyildi. Amma işğal altında olan torpaqlarımızın 80 faizə qədəri azad edildikdən sonra münaqişənin həll olunması üçün yeni bir zəmin yaranıb. Avropa Birliyi bundan istifadə edərək sülh prosesinə dəstək olmağa çalışır. Bununla da, Cənubi Qafqazda müəyyən bir mənada partnyora, tərəfdaşa, hətta, deyərdim ki, bir gücə, iştirakçıya çevrilmək istəyir. Təbii ki, göstərilən təşəbbüslər də bununla əlaqədardır. Mən dəfələrlə qeyd etmişəm. Şərq-Qərb dəhlizi, yəni Çinlə Avropanı birləşdirən dəhlizin önəmli bir hissəsi Cənubi Qafqazdan keçir. Bundan başqa, Cənubi Qafqazdan keçərək Avropaya, Avropa Birliyinə istər neft, istərsə də qaz çatdıran boru infrastrukturu məhz Azərbaycandan keçir. Gələcəkdə buna Qazaxıstanın neftinin, Türkmənistanın qazının, İranın həm neftinin, həm qazının qoşulma bilmə ehtimalı var. Bu da Rusiya neftindən və qazından asılılığın aradan qaldırılması üçün alternativ bir yol kimi nəzərdə keçirilir. Bütün bunları reallaşdırmaq üçün əlbəttə ki, ilk növbədə bölgədə sabitliyə və sülhə nail olmaq lazımdır. Avropa Birliyinin də əsas məqsədi budur…”

Ölkənin xaricində baş verən hadisələrə siyasi mövqeyini bildirdiyi kimi, daxilindəki hadisələrə də laqeyd deyil. Tərtər işi ilə bağlı davamlı şəkildə təpgi göstərən vətəndaşlardan biri də odur. Bu hadisələrdə əli oan adamların layiqli cəza almalarına səy göstərir...

“Hələ 2018-ci ilin əvvəllərində Tərtərdə törədilmiş ağır cinayətlə bağlı bloqumda paylaşdığım ilk əhatəli yazımda qətliamın Rusiya xüsusi xidmət orqanları tərəfindən bütün incəliklərinədək hazırlandığını və Azərbaycandakı casus şəbəkəsi tərəfindən həyata keçirildiyini göstərmişdim.

Ümid edirəm, bu gün həmin iddia o vaxtkı qədər suallar doğurmur. Elə onda cinayətin xüsusi qəddarlıqla və alçaldıcı şəkildə həyata keçirilməsinin səbəblərini də göstərmişdim. Yaddaşımızı təzələmək üçün təkrar xatırladım: Tərtər qətliamı Azərbaycan dövlətinə və xalqına qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Sonrakı hadisələr ardıcıllığını izləyənlər bilirlər. Odur ki, qayıdaq verilmiş, daha doğrusu veriləcəyi gözlənilən ittihamlara. Mövzuya geniş bucaqdan baxdıqda həmin ittihamlar həm də Azərbaycan-Rusiya münasibətlərinin indikatoru rolunu oynayır. Daha doğrusu, rəsmi Bakının Rusiyadan asılılığının..”- söyləyir…

Bəli, haqqında söhbət açdığım Ərəstun Oruclu sözün düzünü deyən, yarınmağı xoşlamayan, laqeydlikdən uzaq olan, vətəndaş mövqeyini ictimailəşdirməyi bacaran, cəsarətli soyaşlarımızdandır və bu xalqın qənimət övladlarından biridir. Ümumiyyətlə, onun haqqında çox danışmaq olar, amma gözləyək görək əlahəzrət Zaman nə deyəcək?..

Avqustun 18-i 60 yaşı tamam olur. Bilirəm ki, əlamətdar yaşı- yubileyi münasibətilə onun haqqında geniş təbrik yazısı işləyib mətbuata ötürməyə hər kəs ürək etməyəcək. Qoy, bu yazı yubileyi münasibətilə ona ilk hədiyyə- təbrik olsun!

Çox yaşa, Ərəstun bəy!

Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com