24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: "Sabah"ın qələbəsi, sabah Azərbaycan futbolunun ümumi qələbəsinə çevrilə bilər!

1 il əvvəl 648 01

Tahir Süleymanov:

"Sabah"ın qələbəsi, sabah Azərbaycan futbolunun ümumi qələbəsinə çevrilə bilər!

Avrokubokların debütantı "Sabah" Konfrans Liqasında öz ölkəsinin top-klublarından olan təcrübəli "Partizan" üzərində möhtəşəm qələbə qazandı. Yeni mövsümdə 4 rəsmi qarşılaşma (3 avrokubok, 1 çempionat)-maksimum nəticə!

Azərbaycan şərtlərinə görə "Sabah"ın maliyyə imkanları normaldır, maksimum deyil. Nəticələr milyonluq futbolçuların, saysız-hesabsız əcnəbi oyunçuların hesabına qazanılmır, yerlilərlə legionerlərin vəhdəti, sistem halına salınması hesabına əldə edilir...

Ötən il oktyabr ayının əvvəllərində İtv kanalında yayımlanan "Bol idman" verilişində Kənan Hakimovla bir saatlıq qarşılıqlı dialoq, sinxron tamamlama, fikir mübadiləsi şəklində keçən proqramda, futbolumuzda baş verən ümumi problemlərlə yanaşı, "Sabah" haqqında da söhbət açmışdıq...

Ötən mövsümün finişi, avrokuboklar çox uzaqda idi hələ, qış fasiləsinə aylar qalmışdı...

Verilişdə baş məşqçi Murad Musayev amilini xüsusi qabartmış, təcili müqaviləsinin artırılmasını məsləhət görmüşdüm. Səbəbsiz deyildi...

İlk öncə xüsusi vurğulayım, Murad Musayevi "Sabah"a dəvət edən, güvənən, əməyi keçən hər kəsə alqış düşür. Yeni yaradılmış klubda bir çox məşqçi sınaqdan keçirilmiş, göndərilmiş, yeni lotoreya alınmışdı. Görünən odur ki, klub rəhbərliyi son seçimində "cek-pot" udub...

Böyük futbol dərin analizlərə söykənməlidir, populizmlə, emosiyalarla uzağa gedilə bilməz. Ən yaxşı halda, qısa vaxt kəsiyində kütlə psixologiyasına müəyyən təsir qüvvəsi yarana bilər, şar kimi dolub partlayana və ya boşalana kimi...

Murad Musayev nəyin hesabına uğur qazana bilir? Baş məşqçi ilə heç vaxt görüşməmişəm, ünsiyyətim olmayıb. Bu, vacib də deyil. Önəmli olan, meydanda göstərilən futbol biliyinin, elementlərinin sezilməsi, görülməsidir...

Çalışdırıcı xarizmalı, çılğın, qətiyyətli olduğu qədər də səmimidir. Oyunlarda tez-tez emosional hala düşməsi, özündən çıxması araqatmaq, bəhanələrə hazırlaşmaq, uğursuzluğa bəraət qazandırmaq anlamına gəlmir, ruhən, təbii olaraq baş verir. Bu, futbolu aşan daha dərin fəlsəfədir...

Uğurun təməli, getdiyin yolu bilməyindədir. Murad Musayev getdiyi yolu öncədən bilir və buna uyğun hərəkət edir. "Sabah"ın bu gün qazandığı nəticələr təsadüfi deyil! Nəyin necə ediləcəyini bilmək, atdığın addımların doğruluğuna daxilən inanmaq, bacarıq, savad, işgüzarlıqla yanaşı, ilahi qüvvədir! Bunun adı - istedaddır!

Bu keyfiyyətlərdən irəli gələn özgüvən Murad Musayevə "ağlamağa" imkan vermir, gecə-gündüz transferlərdən, çətinliklərdən, faizlərdən, "mənim komandam deyil"lərlə gileylənmir. Çalışdırıcı imkanlara uyğun, əlinin altında olanlarla öz futbol fəlsəfəsini, sistemini ortaya qoyur...

Kaşuk kimi futbolçu gedir, Mikels yol üstədir, zədəlilər, cəzalılar problem yaradır, fərq etmir, baş məşqçi vəziyyəti dərk edərək öz yolundan dönmür, çıxış yollarını axtarır, bilik bacarığı, kompensasiyası sayəsində boşluqları doldurur. Belə yanaşma, dözülməz iş qabiliyyəti tələb edir...

Murad Musayev özü üçün dəstə yığmır, çünki, gördüyü işin doğruluğuna güvənir, heç nədən çəkinmir, yerini itirməkdən qorxmur. Əsl lider keyfiyyətidir! Öz komandası tərkibinə qapıçılar üzrə məşqçi gətirmir, Milli Qəhrəmanımız Yuri Kovalyovun qardaşı, hörmətini saxladığımız, qoruduğumuz Vitali Kovalyova güvənir...

Milli dəyərlərimizə qiymət vermək, futbolla yanaşı, eyni zamanda baş məşqçinin mənəvi qabiliyyət dərəcəsidir. Qapıçı mövqeyi çox ağır məsuliyyətdir. Gənc Yusif Imanova güvənmək, Murad Musayevlə birgə, qapıçılar üzrə məşqçi Vitali Kovalyovun da gündəlik əməyinin, sağlam işbirliyinin bəhrəsidir...

Böyük futbolun öz qanunları var, ya öz sisteminə uyğun futbolçular gətirməlisən, ya da əlinin altında olanlara uyğun addım atmalısan, vəziyyətdən çıxmağa çalışmalısan. Murad Musayev kluba gələndən heyəti nəinki tam, heç əlli faiz olaraq dəyişməyib. Futbolçuların əksəriyyəti keçmişdən qalanlardı...

Çalışdırıcı öz fəlsəfəsini futbolçulara aşılayaraq, inandıraraq, möhtəşəm sistem balansı yarada bilib. Avropa futbolu baxımından, orta səviyyəli, sıradan futbolçuların potensialını açır, günü-gündən inkişaf etdirir, özlərinə inamını artırır, vahid komanda halına salır. Baş məşqçi ən çətin yolu seçib. Futbol adına böyük güc, bilik tələb edən fantastik yanaşmadır...

Murad Musayevin ən dəyər veriləcək keyfiyyətlərindən biri də yerli futbolçulara olan münasibəti, onlara güvənməsi, özünə inandırmasıdır. Sirr deyil, bizim futbolçularla çalışmaq, onları böyük hədəflərə hazırlamaq asan məsələ deyil...

Qarşılıqlı inam, çalışqanlıq, səmimi peşəkar mühitin yaradılması, futbolçularımızın inkişafını təmin edir. Deməli, problem yerli futbolçuların bacarıqsızlığında, kütləvi intizamsızlığında, tənbəlliyində yox, onlarla necə çalışmaq lazım olduğundadır. "Sabah"da yerli futbolçuların potensialının açılması göz önündədir...

Böyük futbolda fiziki/funksional hazırlıq yerində deyilsə, texniki/taktiki, fərdi göstəricilərlə yanaşı komanda oyunun sistemə salınması, sürətli, aqressiv, dayanıqlı futbolun sərgilənməsi mümkünsüzdür. Murad Musayev bu amilə xüsusi diqqət yetirir, hiss olunur ki, məsələyə futbol elmi tərəfdən yanaşır.

Muasir futbolda digər komponentlərlə yanaşı psixoloji hazırlığın xüsusi rolu var. Murad Musayev özünə xas olan və inam gətirən psixoloji güvənliyini komandaya da aşılaya bilir, meydanda mübarizliyi, sona kimi döyüşgənliyi futbolçularda təmin edir. Təcrübəsiz komandanın avrokuboklarda "Partizan"a dərs keçməsi sıradan bir olay deyil...

Murad Musayev taktiki baxımdan çox savadlı və kreativdir. Baxımlı, birnəfəsə futbolun oynanılmasına üstünlük verməklə yanaşı, intizamın, komanda oyununun yerində olmasına xüsusi diqqət yetirir. Baş məşqçinin taktiki fəlsəfəsini bir cümləyıə ifadə etsək, "Hamı bir nəfər - bir nəfər hamı üçün" devizi yerinə düşər.

İstənilən komandada baş məşqçi faktoru mühüm əhəmiyyət kəsb edir. Buna rəğmən, futbol komanda oyunu olduğu kimi, klub fəaliyyəti də bir komanda halına gətirilməlidir.

"Sabah"ın qazandığı uğurlarda məşqçi/futbolçu amili ilə paralel klub sponsorlarının, idarəçiliyinin müstəsna xidmətləri var...

Çempionat öz yerində, avrokuboklara hazırlıq mərhələsində "Sabah" paytaxtın hazır vəziyyətdə olan digər stadionlarına üstünlük verə bilərdi. Ən doğru yol seçildi, Masazır qəsəbəsində yerləşən, artıq doğma ev statusu daşıyan stadion UEFA tələbləri səviyyəsinə gətirildi...

"Sabah"ın ən böyük uğurlarından biri, Bakı statusu komandasından uzaqlaşmasıdır. Belə demək mümkündürsə, komanda Abşeron yarımadasının əsl bölgə klubuna çevrilib. Bu yanaşma "Sabah"a olan simpatiyanı günü-gündən artırır və yeni yaranmış klubun öz azarkeş ordusu formalaşır. Bu yöndə işlər davam edilsə, komanda yaxın gələcəkdə bütün oyunlarını dolu tribunalar önündə keçirəcək...

Qısa vaxtda klubun bu səviyyəyə gəlib çatmasında təsisçi/sponsorun, kollektivə nəzarət edənlərin gözəgörünməz əməyi danılmazdır. Bu günə kimi klubun yaradılmasında, formalaşmasında, dirçəlməsində, iddiasında, təbliğatında əziyyəti olan hər kəsin, bu qələbələrdə payı var...

"Sabah" klubu üçün yolun başlanğıcıdır. Eyforiyaya qapılmadan Belqrad səfərinə ciddi hazırlaşılmalıdır. "Partizan" elə bir klubdur ki, azarkeşlərin dəstəyindən daha çox, qorxusundan istənilən oyunda geridönüş edə bilər. Fanatları rəqib üzərinə təzyiqlə birgə, öz komandasını da irəli, qələbəyə səsləyə bilir...

"Sabah" ilk cəhddəcə inanılan/inanılmaz qrup yolunu keçə, Azərbaycan futbolu adına yeni tarix yaza bilər. Bu yolda bütün futbol ictimaiyyəti öz dəstəyini əsirgəməməlidir.

"Sabah"ın qələbəsi, sabah Azərbaycan futbolunun ümumi qələbəsinə çevrilə bilər!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

John Doe 1 il əvvəl

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

John Doe 1 il əvvəl

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

John Doe 1 il əvvəl

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

John Doe 1 il əvvəl

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

John Doe 1 il əvvəl

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com