Cəlil Cavanşir:
Nədən, Tanrım? Nə məcburdu?
Səhər ədəb-ərkanla çıxdım evdən, uzun müddətdi geyinmədiyim ağ futbolkamı da keçirmişəm əynimə. Azca da başım ağrıyır, yüngülvari. Həyətə çıxanda hiss elədim ki, hardasa 90 dərəcə isti var. Acığa bir siqaret yandırdım, üzümü səmaya tutub ərklə gileyləndim: "Nədən, Tanrım? Nə məcburdu?"
Səmadan cavab gəlmədiyinə görə qeyzlə yönəldim dayanacağa. Dayanacaqda siqaretin birini də yandırdım. Artıq kürəyimdən sel kimi tər axır, bitab-bitab siqaret sümürürəm. Hiss elədim ki, alnımın da təri gəlib burnumun ucundan damcılayır. Acığa tərimi silmirəm.
Siqaret damağımda tıncıxa-tıncıxa zəmanədən şikayət ruhunda qəzəl düşünürdüm ki, hiss elədim burnumun ucundan axan tər bulaq kimi çağlayır. Əlimi atdım ki, siqareti damağımdan götürəm, gördüm siqaret qızarıb. Sən demə səhərdən burnumun ucundan damcılayan da tər yox, qan imiş. Ağ futbolkanın da sinəsi qıpqırmızı, Mançester Yunayted formasına dönüb.
Əvvəl fikirləşdim heç nə olmaz, yoldan futbolka alıb dəyişərəm. Amma baxdım sözün əsl mənasında qan-tərə batmışam. Dayanacaqdakı oxucularımdan biri də səsini çıxarmır. Heç bir reaksiya yoxdur. Hərə bir tərəfdə tıncıxır. Qəfil 7-8 yaşında, nənəsinin əlindən tutan bir uşaq çığırdı:
- Ay nəəəəə, əmiyə bax, qanayır.
Nənə nə desə yaxşıdı?
-Gij-gij danışma a gədə. Qanamır, qanı axır.
Sonra da döndü mənə:
-Ay qardaş, bir az aralıda dayan, uşaq qandan qorxur.
Hiss elədim bir azda dayansam, yıxılacam. Əlimlə burnumu tutub qaçdım evə. Bir az da boğazıma qan getdi, dəmir tamı verir, azca da qızıləhməd alması.
Nə isə, gəldim evə. Sabah-sabah qanıma bələnib, dincəldim. İndi də uzanmışam divanda, dayanacaqdakı laqeyd oxucularımı fikirləşirəm. Bu boyda şairi qan aparır, bir oxucusu da istifini pozmur.
Nədən, Tanrım? Nə məcburdu?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.