24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Ağalar İdrisoğlu: Masallı Bioloji Təbabət Klinikasının uğurları: regionda dünya standartlarına uyğun diaqnostika və müalicə mərkəzi

1 il əvvəl 887 01

Ağalar İdrisoğlu:

Masallı Bioloji Təbabət Klinikasının uğurları: regionda dünya standartlarına uyğun diaqnostika və müalicə mərkəzi

“İnsanın  yaxşı  həyatını  təmin  edən  amillərdən  biri  də  ekoloji   vəziyyət, sağlamlıq  və  təbiətin, ətraf  mühitin   qorunmasıdır. İnsanların  sağlamlığına, ekoloji  vəziyyətə, udduğumuz   havaya, içdiyimiz   suya, bütün bunlara biz çox böyük  diqqət  göstərməliyik”.

İlham  Əliyev

Bioloji Təbabət Klinikalar  Şəbəkəsi olaraq, Masallı Bioloji Təbabət Klinikası artıq beş ildir ki, fəaliyyət göstərir. Bu müddətdə klinika Cənub bölgəsində xəstələrin çox böyük etimadını, inamını qazanıb. Çünki orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya, inteqrativ təbabət  son  yenilikləri və uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail olub. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna, inteqrativ təbabətə üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artır. Təsadüfi deyil ki, bioloji müalicə və inteqrativ təbabət sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata  layiq  görülüb. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət  üsullarından istifadə edən həkimlər çox böyük uğurla çalışırlar. Bu həkimlər də bir vaxtlar (2002-2010- cu illərdə) Bioloji təbabəti Azərbaycana gətirən böyük ziyalı  Elxan Yaqubovun təşkil etdiyi seminarlarda iştirak edərək, bu sahəni mükəmməl öyrənib, sertifikatlar alıblar. Masallı Bioloji Təbabət Klinkiasında çalışan həkimlər də bu sahəni mükəmməl öyrənib, sertifikatlar alıblar. Cənub bölgəsində yaşayan insanlar da bu klinikaya artıq ümidgah kimi baxırlar. Ona görə də bura müraciət edənlərin və  az bir vaxtda sağalanların  sayı həddindən artıq çoxdur.  Çünki burada təkcə xəstəlik yox, xəstə özü kimyəvi dərmansız inteqrativ təbabətlə  bütövlükdə müalicə olunur.
Beləliklə, yarandığı  cəmi beş ildə  Cənub  bölgəsinin  aparıcı  tibb  ocağına çevrilən Masallı Bioloji Təbabəb Klinikasının rəhbəri Qüdrət Elxan oğluYaqubovla  həmsöhbət  olduq. O, son  illər görülən uğurlu işləri haqqında belə dedi:
-Biz klinikanı  xarici  standartlara  uyğun  tikmişik.  Bu klinika da sıfırdan, yeni tikilmiş  bir  xəstəxanadır. Ona görə  də dünya standartlarında təbabətlə bağlı işlər necə  gedirsə, bizim  Masallı  Bioloji  Təbabət  Klinikasında da işlər elə qurulub və elə  də  gedir. Burada  tibbi  cihazlar  təzədir, müasirdir, ən son  modellərdir. Təbii ki, bunları  işlədən  həkimlər  və  tibbi  heyət  daha  önəmlidi. Ona görə biz yarandığımız  2018-ci ildən  orta  tibbi   heyətimizi  daim  təlimlərlə  inkişaf etdiririk. Və  bu  gün  də  bu  formada  işimiz  davam  edir. Onları  tez-tez Bakıda yerləşən  mərkəzi   Bioloji  Təbabət  Klinikasına  göndəririk, və ya Bakıdan mütəxəssislər  bura  gəlib, təlimlər  keçirlər. İkinci  isə  həkimlərdir. Biz maksimum çalışırıq  ki, həkim  seçimində  diqqətli  olaq. Çünki müalicənin böyük bir hissəsinin  məsuliyyətini  məhz  onlar  daşıyır. Və  buna  görə  də biz daha çox xaricdə təhsil almış və yaxud Azərbaycanda mükəmməl təhsil almış həkimlərə üstünlük  veririk. Ona görə də  çox  yaxşı  həkimlərimiz  var. Biz də onların ən yaxşılarını  seçirik  ki, bizim  klinikanın imicinə daim pozitiv formada təsir eləsinlər.

-Həkimlərdən  söhbət  düşdü. Mən  Masallıda  olanda, həmin həkimlərlə söhbət eləmişəm. Özüm, qohumlarım, tanışlarım Masallı Bioloji Təbabət Klinikasında müalicə  almışıq. Qohumlarım, tanışlarım da hamısı razılıq eləyirlər  ki, bu  kilnikada  çox  savadlı, öz  işlərinin  peşəkarı  həkimlər işləyir. Həmin həkimlərdən  daha  çox  kimin  işi  sizi  qane  eləyir? Kimlərin işini  respublika  səviyyəsində  və  məmləkətimizdən kənarda təbliğ eləmək olar?

-Bizim  cərrahi  komandamız  Cənub  bölgəsində  deyərdim  ki, ən öndə gedən bir komandadır.  Cərrahiyyə  və  reanimasiya. Bilirsiniz  ki, cərrahiyyə tibb aləmində çox  riskli  bir  sahədir. Ona görə  də  orada  etdiyimiz  seçimlərdə  daha diqqətliyik. Məhz  buna  görə  də  cərrahiyyə  komandamız  çox  güclüdür. Bu gün bizim  ən  ağır  travmaları əməliyyat  edən  həkimlərimiz  var. Neyrocərrahımız Qəhrəman  Aydın  xaricdə  təhsil alıb. Cərrahiyyə  ilə  bağlı  hər  bir  şey, ən son model olan  mikroskopa  qədər  klinikamızda var. Ümumiyyətlə, respublikamızda beyinlə  bağlı  az  əməliyyatlar  olunur. Amma Masallı Bioloji Təbabət Klinikasında  bütün  beyin cərrahiyyə  əməliyyatları  icra  olunur. Eyni zamanda onurğa, sinir  cərrahiyyəsini  də  geniş  formada  əməliyyat  edirik.  Bizim Türkiyədən  gələn  çox  yaxşı  mütəxəssis- travmatoloqumuz  var, İsan Şəntürk. O, Türkiyədə  dosentdi. İndi gəlib  bizim  klikiada çalışır. Uroloqumuz  Elvin İsmayılov   da  Türkiyədə  təhsil  alıb, uzmandı. Ümumi cərrahımız  Qeyrət Xəlilov cərrahiyyə  şöbəsinin  müdiridir. Qeyrət  həkim  uzun  illərdirki, Cənub bölgəsinin ən  tanınmış  cərrahıdır. Başqa  cərrahımız, əslən Masallıdan olan Camal Əbülfəzlidir. O da Türkiyədə  təhsil  alıb  və  bizim  klinkida  çalışır. Üz-çənə cərrahımız  var  Abasət  Fərəcov. O da demək  olar ki, bütün  əməliyyatları  edir. Gördüyünüz  kimi,  cərrahiyyə  komandamız  yüksək  peşəkar həkimlərdən ibarətdir. Biz düşünürük  ki, Masallı coğrafi məkan  kimi Cənub bölgəsinin mərkəzində yerləşdiyinə görə həmin bölgədən olan insanlar Bakıya getməyəcəklər və  bütün  tibbi  xidmətləri elə  məhz  Masallıda, Bioloji Təbabət Klinikasında alacaqlar.

-Cənub  bölgəsi  subtropik  zonadır. Məhz buna görə  də orada yaşayan insanlarda oynaq ağrıları  daha  çox olur. Düzdür, Ulu Tanrı bu bölgəyə böyük  sərvət  olaraq  və  həmin oynaq, prostat, qadın, kişi xəstəliklərini müalicə  edən, həmin  ağrıları  sağaldan  mineral  İsti  su müalicəsini  də verib. Bəs  siz  bu  xəstyəliklərin  müalicəsi  ilə  bağlı  nə  işlər  görürsünüz?

-Bizim  əsas  istiqamətimiz – inteqrativ  təbabət  üsulları  ilə  müalicədir. Bu müalicə  üsulunu  Azərbaycana  maraqlı  insan, vətənpərvər ziyalı ElxanYaqubov Almaniyadan  gətirib  və  Azərbaycan  səhiyyəsində  böyük  inqilab  yaradıb. Biz də bu  üsulu  Azərbaycanda  inkişaf  etdiririk.  Xəstələrə  birtərəfli  yanaşma, tək dərmanla  müalicənin  uğursuzluğu  danılmazdır. İnteqrativ təbabətdə xəstəyə kompleks  yanaşılır, onun  preparatla  müalicəsi  ilə  yanaşı, mütləq  yuxu  rejimi, qidalanması, həyat  tərzi  ciddi  araşdırılıb  korreksiya  edilir. Müalicələrdə komanda  işi  formalaşdırılıb, yəni  ehtiyac  olduqda, digər  sahələr  üzrə  həkim-mütəxəssislər  konsiliuma  cəlb  olunur.  Bu müalicə - xəstəyə heç bir ziyan vermədən, kimyəvi dərmanlardan  istifadə  etmədən, xəstəliyin  səbəbini araşdırmaqla  aparılan müalicə deməkdir. Bioloji Təbabət Klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə  zərər  verməyən  bu  təbabətə  inamı  və  rəğbəti  getdikcə  artırır.
Bu  müalicə  ilə  uğurlu  nəticə  aldığımız xəstəliklərdən biri də revmatoid poliartritdir. Astmalı  xəstələri  müalicə  etmək  üçün  klinikada  duz  dağı da yaratmışıq. Oynaq  ağrılarını  müalicə  etmək  üçün  Naftalan  nefti  də  gətirmişik. Həm  də  özümüzün  mineral, kükürdlə  zəngin  İsti  suyumuz da var. Bizim Masallıdakı  İsti  su  və  Mir KazımAslanlı –Sarəng  adına “Yanar Dağ” müalicəvi istirahət  mərkəzlərilə  əlaqələrimiz  də  var.  Oynaq ağrıları olan xəstələrimizi ehtiyac olduqda,  orada  da  müalicə  edirik.

-Bu Bioloji  Təbabət  Klinikasında  gələcək  arzularınız  hansılardır?

-Biz, tibb ocağı  olaraq, bölgənin  ən  böyük  tibb  mərkəzi  olmaq  istəyirik. Bununla  bağlı  çox  işlər  görürük. İnanıram  ki, tez bir zamanda bütün xəstəliklərlə  bağlı  Cənub  bölgəsinin  insanları  Bakıya, Sumqayıta, xarici ölklərə getməyəcək,  bizim  klinikada  müalicə  olunacaqlar.  İndi  bölgədə ilk özəl ürək cərrahiyyə  şöbəsi  yaratmaq  istəyirik. Bununla  bağlı  böyük  iş gedir. Bu arzumuz da tezliklə  reallaşacaq. Təki  sağlıq  olsun. Bizim ən böyük arzumuz insanlarımızı  yalnız  sağlam  görməkdi.  Sağlam  bədəndə  isə həmişə sağlam ruh olar.
Məşhur yazıçı, filosof  Artur  Şopenhauerin  sağlamlıqla  bağlı belə bir kəlamları var: “Sağlam  deyilsənsə, yediyin  bal da zəhər  dadacaq”. “Sağlamlıq  hər şey deyil, amma  sağlamlıq  olmadan  hər  şey  bir  heç”. Çox  istərdim  ki, xalqımız  bu kəlamlara  əməl  eləsin  və  öz  sağlamlığının  qeydinə  qalsın.

Ağalar İDRİSOĞLU,
Əməkdar  incəsənət  xadimi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com