BASKETBOL
--------------------------
"Neftçi" də DQS-da mübarizəni dayandırıb
Çexiyanın paytaxtı Praqada 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının 15-ci mərhələ yarışına start verilib. İki gün davam edən yarışda Azərbaycan həm milli komanda, həm də "Neftçi" klubu ilə təmsil olunub. Qeyd edək ki, heyəti Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan "Neftçi" klubu yığmaya nisbətən bir qədər yaşxı çıxış edib. Belə ki, qrupda Latva və Litvanı müvafiq olaraq, 16:14 və 21:16 hesabla məğlub edən "Neftçi" qrup lideri kimi 1\4 finala yüksəlib. Təəssüflər olsun ki, bu mərhələdə ev sahibi ilə üzləşən klubumuz minimal hesabla uduzaraq mübarizəni dayandırıb - 16:17.
"Neftçi"dən fərqli olaraq. Azərbaycan yığması isə elə qrupdaca Çili (9:20) və İsveçrəyə (13:21) uduzaraq mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, ilk 14 mərhələdən sonra Şuşa və Netani (İzrail) mərhələsinin qalibi olan "Neftçi" 443 xalla yarış cədvəlində 3-cü, Azərbaycan yığması isə 122 xalla 22-ci yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.