CÜDO
---------------------
Tatami ustalarımız "World Masters" turnirində
Səid Mollai bürünc uğrunda güləşəcək
İki gündür ki, Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında yüksək reytinq xarakterli "World Masters" turniri keçirilir. Qeyd edək ki, turnirin birinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub. Belə ki, həmin gün tatamiyə çıxan 5 cüdoçumuzdan heç biri mükafatçılar sırasında yer ala bilməyib. Yalnız Balavbəy Ağayev (60 kq) bürünc uğrunda mübarizəyə qədər gedə bilib və sonda o da məğlubiyyətlə üzləşərək çıxışını medalın bir addımlığında bitirib.
Bu gün isə daha üç təmsilçimiz tatamiyə çıxıb ki, onlardan da yalnız biri - Səid Mollai (81 kq) bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. O, bürünc medal qazanmaq üçün indi yaponiyalı Takanori Haqaseni məğlub etməlidir. Əks halda yarışın ikinci günü də cüdoçularımız medalsız qalacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.