Messidən avtoqraf alan süpürgəçi işdən qovuldu
Təmizlik şirkətində çalışan süpürgəçi Kristian Salamanka Lionel Messidən avtoqraf aldıqdan sonra işdən necə qovulduğu haqda danışıb.
Kristian bu addımına görə peşman olmadığını bildirib.
“Avtobusların olduğu sektorda tualetləri təmizləməli oldum. Xoşbəxtlikdən avtobus dayananda və bütün oyunçular düşəndə mən orada idim. Sonuncu Messi idi. Ona “hey, dünya çempionu!” deyə qışqırmaq kifayət etdi və dönüb baxdı.
Yanımda Argentina yığmasının forması və marker vardı. Mənə avtoqrafını verdi. Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları dərhal gəldi, məni oradan çıxardılar və işimdən qovuldum. Amma bu anın hər saniyəsi buna dəyərdi”, - Salamanka “The Nation”a verdiyi müsahibədə deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.