23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Ağalar İdrisoğlu: Müasir düşüncəli teatr rəhbəri olmağa layiq insan

1 il əvvəl 890 01

Ağalar İdrisoğlu:

Müasir düşüncəli teatr rəhbəri olmağa layiq insan

(Portret cizgiləri)

Allahverdi Musayev: “Teatr rəhbəri kollektivin ən yaxın dostu, yeri gələndə valideyni olmalıdır və onların bütün problemlərinin həllinə lazım olan kimi köməklik etməlidir”.

Allahverdi Əhməd oğlu Musayevlə söhbət eləyəndə onun təfəkkürünə heyran oldum. Və bir də ona sevindim ki, bu insan çox yaxşı teatr rəhbəri olmağa layiqdir. Çünki mən ömrümün 26 ilini Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik etmişəm və ona görə hər bir insanla söhbət etdikdə onun nəyə qadir olduğun tez görürəm, başa düşürəm. Qərara gəldim ki, Allahverdi Musayevlə çoxminli oxucularımızı da yaxından tanış edim.
Qısa arayış: O, 1983-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1989-2000-ci illərdə kənd orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu  fakültəsində  Xalq artisti Əliabbas Qədirovun kursunu bitirib. 2005-2014-cü illərdə Qazax Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyib. Teatrın səhnəsində 20-dən çox  tamaşada rol alıb. 2015-ci ildən adıçəkilən teatrın quruluşçu rejissoru vəzifəsində çalışır. 15-dən çox tamaşaya quruluş verib. Bundan əlavə, bu illər ərzində  bir neçə  kinofilm lentə alıb. HəmçininTəhsil Nazirliyinin təşəbbüsü ilə şagirdlərlə tamaşalar da qurub. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatının  dövlət dəstəyi şurasının təklifi ilə adət-ənənələr haqqında maarifləndirmə tədbirləri çərçivəsində  “Fidan” qısametrajlı kinofilmi, Azərbaycan Respublikası Gənclər Fondunun  təklifi ilə “Şəhidliyin Adil Zirvəsi”, “Vətən Sərhəddən Başlayır” adlı qısa metrajlı kinofilmlər, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrand müsabiqəsinin  qalibi olan “Məktəb və Teatr”layihəsi çərçivəsində Mirzə Fəfəli Axundovun  “Sərgüzəşti-mərdi xəsis” əsərinə quruluş verib.
Allahverdi Musayev həddindən artıq çox təşkilatçı insandır. Yəni o, təkcə rejissor kimi yox, həm də bütün təşkilatı işlərdə Qazax Dövlət Dram Teatrına əlindən gələn köməkliyi eləyir. Məhz buna görə kollektiv də onu  çox sevir.
Belə təşkilatçı insan, maraqlı rejissorla çoxminli oxucularımızı daha yaxından tanış etmək məqsədilə onunla həmsöhbət olduq.

-Salam, Allahvedri bəy. Siz çox maraqlı aktyorsunuz və teatrda bir-birindən rəngarəng rollar oynayıbsınız. Həmin rollardan hansı sizin və tamaşaçıların daha çox xoşuna gəlib?

-Azərbaycan Dövlət İncəsənət  Üniversitenin  dram və  kino  aktyorluğu fakültəsini  2005-ci ildə  bitirəndən sonra Qazax  Dövlət  Dram Teatrında  aktyor  kimi əmək fəaliyyətimə  başlamışam. Bu  illər  ərzində  onlarla  tamaşada  rol  almışam, bunların  içərisində  Mirzə  Fətəli  Axundovun "Xırs  quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir  müqəssir",  Süleyman  Sani  Axundovun "Tamahkar",  Əhməd  Orucoğlunun "Pul  dəlisi",Vaqif  Səmədoğlunun "İntihar",  Firuz Mustafanın "Neytral  zona",  Rovşən  Ağayevin "Bir  gecənin  nağılı"və digər tamaşalarda  fərqli  xarakterlər  canlandırmışam. Təbii  ki, çox  rollar mənim və tamaşaçıların xoşuna gəlib, amma ən yaddaqalanı və özümündə sevdiyim obraz Vaqif  Səmədoğlunun “İntihar” pyesində canlandırdığım  Azər  obrazı  olub.

-Siz təkcə aktyorluqla kifayətlənməyib, həm də teatrda rejissor kimi tamaşalara maraqlı quruluşlar verdiyinizə görə, 2015-ci ildən quruluşçu  rejissor kimi Qazax  Dövlət Dram Teatrında əmək fəaliyyətinizi davam etdirirsiniz. Bu vaxta qədər hansı tamaşalara quruluş vermisiniz?

-Rejissor sənətinə olan marağım teatrın səhnəsində bir neçə əsərə quruluş verməyimə  səbəb  oldu. İlk tamaşam  İsgəndər  Coşqunun "Ana laylası" oldu və tamaşaçıların  rəğbətini  qazandı. Ondan sonra özümü digər tamaşalarda da sınamaq qərarına gəldim və teatrda quruluşçu rejissor vəzifəsində fəaliyyətimə davam elədim. Müxtəlif  illərdə  Nəcəf bəyVəzirovun "Bəxtsiz  cavan",  Elçin Hüseynbəylinin “İmperator”, Əhməd  Orucoğlunun "Pul dəlisi”, “Qulluqçu axtarıram ", Con Stenyberqin "Adamlar  və Siçanlar",Viktor  Hüqonun "Bir edam məhkumunun  son  günü", Slavomir  Mirojikin "Mühacirlər", Əli  Əmirlinin "Varlı Qadın" pyeslərinə  və sairəyə quruluş  vermişəm. Mən bir rejissor kimi, oxuduğum pyesin bu günkü günlə səslənməsinə və tamaşaçının xoşuna gəlməsinə daha çox önəm verirəm və həmin əsəri hazırlayıram. Ona görə də bu tamaşalara tamaşaçı daha çox gəlir. Rejissor müdrik insan olmalıdr. Müdrikliklə bağlı məşhur qədim Yunan dramaturqu Sofokol belə deyib: ”Müdriklik- xoşbəxtliyin doğma anasıdır”.

-Siz həddindən hədsiz enerjili insansınız və özünü rejissor kimi kinofilmlər çəkməkdə də sınamısınız və bu işləriniz də çox uğurlu alınıb. Çəkdiyiniz bir neçə kinofilm mükafatlara layiq görülüb. Bu kinofilmlərin hansında siz bir rejissor kimi özünüzü daha yaxşı təsdiq edibsiniz?

-Bildiyiniz kimi, bölgədə olan teatr  kollektivləri bir qədər gözdən uzaq düşüblər. İncəsənətin bütün sahələri kimi teatr və kino sənəti də paytaxtda daha çox inkişaf edib və bu, regionda fəlaliyyət göstərən bir rejissor kimi məni çox narahat edirdi. Məhz buna görə də yerli kadrlarla büdcəmizə uyğun qısa filmlər  çəkmək  qərarına gəldim. Nəzərə alsaq ki, görüdüyümüz işlər məhdud texniki və maddi imkanlarla ərsəyə gəlib, fikrimcə uğurlu hesab etmək olar, tamaşaçı rəyini YouTube izlənmələrı ilə nəzərə alsaq, "Fidan" qısametrajlı  filmim daha uğurlu sayıla bilər. Amma daha çox bəyəndiyim və mənə doğma gələn isə Qazax rayonunun uzun illər müharibə şəraitində yaşamış Quşçu Ayrım kəndində çəkdiyim "Vətən sərhəddən başlayır" filmimdir. Bu filmdə öz usaqlığımı, müharibə dovündə keçirdiyim məşəqqətli günləri  xatırladım. Orada döyüşən və kəndi qoruyan insanlar əsl igidlər olub. Məşhur filosof Polibi deyib ki, “ İgidliyə görə verilən qiymət ən şərəfli mükafatdır”.

- Siz çox təşkilatçı insansınız və teatrda bütün təşkilati işlərdə, hətta tamaşaların təşkil olunmasında, tamaşaçılarla böyük ünsiyyətin qurulmasında da xeyli iş görürsünüz. Məhz buna görə də kollektiv sizi çox sevir. Sizin fikrinizcə, bu gün teatr direktoru hansı işləri görməlidir ki, teatra tamaşaçı marağı artsın və kollektiv teatr rəhbərini daha çox sevsin?

-Teatrda işlədiyim ilk günlərdən teatrın ən kiçik ugurunu belə öz uğurum hesab etmişəm, ona görə görülən hər bir işdə özümü tam səfərbər edirəm. Mənim üçün kollektivlə işləməyi bacarmaq əsas göstəricidir. Çünki teatr kollektiv sənətdir və teatrda uğur qazanmaq üçün sağlam kollektiv formalaşdırılmalıdır. O ki qaldı tamaşaçıya,  rayonda, bölgədə tamaşaçı cəlb etmək üçün rayon sakinlərini yaxşı tanımalısan, onların zövqünə bələd olmalısan ki, teatra tamaşaçı cəlb edə biləsən. Bunun üçün də rayon strukturu rəhbərləri ilə, kollektivlərlərlə qarşılıqlı əməkdaşlıq və şəxsi münasibət vacib şərtdir. Çox sevinirəm ki, mən bunu hələ cavanlıq illərimdən qazanmışam. Özüm Qazax rayonundan olduğuma görə, gənclik illərimdən rayonda keçirilən hər bir mədəni və kütləvi işlərdə iştirak etmişəm. Lazım olduqda kütləvi tədbirlərə quruluş vermişəm və yeri gələndə həmin tədbirlərdə özüm də çıxış etmişəm. Məhz buna görə də hər bir məktəb direktoru, müəssisə rəhbərləri, hərbi hissələrin komandirlərilə və ən əsası da rayon rəhbərliyilə çox yaxşı münasibətdəyəm. Ona görə də teatrın tamaşalarını təşkil etməkdə kimə müraciət etsəm, böyük istəklə bu işə razılaşırlar. Bir də onu vurğulayım ki, cənab Rəcəb Babaşov Qazax rayonu İcra Hakimiyyətinin başçısı olandan sonra, rayonun ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, idmanının inkişafına çox böyük fikir verir. Onun sayəsində  tamaşalarımız mütəmadi  təşkil olunur. Əlbəttə, bu gün teatr rəhbəri olan insan müasir dünya teatrları haqqında böyük bilgiyə malik olmalıdır. Teatra rəhbərlik etmək üçün özünün orijinal fikirləri hökmən lazımdır. Tamaşaların təşkilində müasir marketinq formalarından bacarıqla istifadə etməyi bacarmalıdır. Teatrda çalışan rejissorların, aktyorların, aktrisaların və teatrın tamaşalarının mətbuat, televiziyalar vasitəsilə yüksək təbliğatını qurmalıdır ki, tamaşaçılar  həmin rejissorlara, aktyorlara, aktrisalara və ən əsası da yüksək peşəkar tamaşalara özləri maraqlanıb gəlsinlər. Hər tamaşadan sonra izləyicilərlə müzakirə təşkil etmək lazımdır. Həm də müasir tamaşaçı nə düşünür və teatrda hansı tamaşaları görmək istəyir, onların bu arzularını da öyrənmək lazımdır.
Bəli, bugünkü tamaşaçılar 1990-cı illərin tamaşaçıları deyil. Çünki artıq sosial şəbəkələr  və başqa vasitələr olduğuna görə tamaşaçı istəsə onlar vasitəsilə elə evində oturub, dünya ölklərinin maraqlı tamaşalarına baxa bilər. İndi bizim təxəyyülümüz və təşkilatçılığımız elə yüksək və orijinal olmalıdır ki, həmin tamaşaçıları biz teatra gətirək. Teatr rəhbəri kollektivin ən yaxın dostu, yeri gələndə valideyni olmalıdır və onların bütün problemlərinin həllinə hərtərəfli kömək etməlidir. Bax, uzun illərdir ki, teatrımızn aktyorlarına, aktrisalaraına fəxri adlar və Prezident mükafatı verilmir. Bu işdə mən ilk öncə teatrın keçmiş direktorlarını günahkar hesab edirəm. Əgər onlar istəsəydilər və israrlı olsaydılar, Qazax Dövlət Dram Teatrına Mədəniyyət Nazirliyinin münasaibəti yaxşı olardı və bütün bu məsələlər də müsbət  həll edilərdi. Mixail Lomonosovun belə bir maqalı kəlamı var: “Kiçik işi görə bilməyən böyüyü bacarmaz”. Mənim yuxarıda dediyim məsələ də çox kiçik işdir. Sabiq direktorlar da bunu edə bilərdilər. Teatrın rəhbəri həmişə intriqadan uzaq olmalıdır. Dahi Bomarşenin belə bir kəlamı var: “İntriqa, fitnə-fəsad  gec-tez onu başlayanı məhv edir”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com