GÜLƏŞ
---------------
Yeniyetmə klassiklərimiz Avropada ikinci olublar
İstanbulda (Türkiyə) 17 yaşlı yeniyetmələr arasında güləş üzrə keçirilən Avropa çempionatında yunan-Romaçıların (klassiklər) yarışına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatda 5 (2-1-12) medal qazanan və 108 xal toplayan yığmamız ümumi komanda hesabında Avropada ikinci olub. Yunan-Roma üzrə yığmamız yalnız İrandan (113 xal) geri qalıb. Çempionatda 3-cü yerisə Gürcüstan (96 xal) tutub. Qazanılan medallara gəlincə, Turan Daşdəmirovla (45 kq) Roman Kərimov (60 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Yalnız həlledici finalda məğlubiyyətlə üzləşən Yusif Əhmədli (65 kq) Avropa ikincisi olmaqla gümüş medala layiq görülüb. Bürünc medallar isə çıxışnı 3-cü pillədə bitirən Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılovun (92 kq) aktivinə yazılıb.
Çempionat sərbəst güləşçilərin çıxışı ilə davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.