BASKETBOL
----------------------
"Neftçi" DQS-nın 1\4 finalına yüksəlib
Bu gün Çexiyanın paytaxtı Praqada 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 15-ci mərhələ yarışına start verilib. Azərbaycan bu mərhələyə həm yığma, həm də "Neftçi" klubu ilə qatılıb. Qeyd edək ki, heyəti Sali Əl-Xuri, Tatyana Deniskina. Binata Rizvanova və Mersedes Uolkerdən ibarət olan Azərbaycan yığması yer aldığı D qrupunda keçirdiyi hər iki oyunda məğlubiyyətlə üzləşərək mübarizəni dayandırıb. Qadın yığmamız qrupda əvvəlcə Çiliyə (9:20), ardından isə İsveçrəyə (13:21) məğlub olub.
Heyəti Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan və C qrupunda yer alan "Neftçi" klubu isə yığmadan fərqli olaraq, uğurla çıxış edib və turnirin 1\4 final mərhələsinə yüksəlib. "Neftçi" yer aldığı qrupda birinci turda Latviyanı 16:14, ikinci turda isə Litvanı 21:16 hesabla məğlub edib. Bu nəticə "Neftçi"yə qrup lideri olmaqla yanaşə, həm də 1\4 finala yüksəlmək imkanı verib. Yeri gəlmişkən, turnirdə 12 komanda 4 qrupda mübarizəyə qatılıb. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar mübarizəni 1\4 finaldan davam etdirəcəklər.
Xatırladaq ki, geridə qalan 14 mərhələdən sonra təmsilçilərimizdən Şuşa və Netani (İzrail) mərhələsinin qalibi olan "Neftçi" hazırda 443 xalla yarış cədvəlində 3-cüdür. Aktivində cəmi 122 xalı olan millimiz isə 22-ci pillədə yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.