Basketbol
------------------------
Millimiz DQS-ın 15-ci mərhələsində də fiaskoya uğrayıb
"Neftçi" isə Latva və Litva ilə oyunu gözləyir
Bu gün Çexiyanın paytaxtı Praqada 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının 15-ci mərhələ yarışına start verilib. Qeyd edək ki, bu mərhələdə Azərbayan həm milli komanda, həm də "Neftçi" qadın basketbol klubu ilə təmsil olunur. Yığmamız arıt hər iki qrup oyununu keçirib və adəti üzrə də fiaskoya uğrayıb. Heyəti Sali Əl-Xuri, Tatyana Deniskina. Binata Rizvanova və Mersedes Uolkerdən ibarət olan Azərbaycan yığması yer aldığı D qrupunda əvvəlcə Çiliyə (9:20), ardından isə İsveçrəyə (13:21) məğlub olaraq, mübarizəni dayandırıb.
Heyəti Erika Karter. Brianna Freyzer. Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan "Neftçi" klubu isə C qrupunda Latva (saat 15:40) və Litva (17:30) yığması ilə qarşılaşacaq. Turnirdə 12 komanda 4 qrupda mübarizəyə qatılıb. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar mübarizəni 1\4 finaldan davam etdirəcəklər.
Xatırladaq ki, geridə qalan 14 mərhələdən sonra təmsilçilərimizdən Şuşa və Netani (İzrail) mərhələsinin qalibi olan "Neftçi" hazırda 443 xalla yarış cədvəlində 3-cüdür. Aktivində cəmi 122 xalı olan millimiz isə 22-ci pillədə yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.