ŞAHMAT. DK. 2-Cİ MƏRHƏLƏ
--------------------------
DK-da kimlərə davam, kimlərə tamam
Bakıda şahmat üzrə keçirilən və iddiaçılar turnirinəı seçmə xarakteri daşıyan Dünya Kuboki yarışında ikinci mərhələnin cavab oyunlarına yekun vurulub. Kişilər 1\64 finalda, qadınlarsa 1\32 finalda mübariz aparıblar. Keçirilən bu iki oyunun nəticəsindən asılı olaraq, kimlərsə növbəti mərhələyə adlayıb, kimlərsə mübarizəni tay-brekdə davam etdirmək imkanı əldə edib, kimlərsə də mübarizəni dayandıraraq, yarışa tamam deyib. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan şahmatının liderlərindən olan və mübarizəyə məz ikinci mərhələdən qatılan Şəhriyar Məmmədyarovla və qadın yığmamızın lideri Günay Məmmədzadə də iki oyunun ümumi nəticəsinə görə mübarizəni erkən dayandıranlar sırasına düşüb. Xatırladaq ki, Məmədyarov Sinqapur təmsilçisi Tin Jinqau ilə bacarmayıb. İlk oyunda xal bölən (0,5:0,5) Şah cavab oyununda məğlub olub - 0:1 (ümumi hesab 0,5:1,5). Liderlərimizdən Günay Məmmədzadə isə ukraynalı Alina Bovol ilə bacarmayıb - 0,5:0,5 (0,5:1,5).
Bu liderlərimizdən fərqli olaraq. Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva artıq adlarını 3-cü mərhələ iştirakçıları arasına yazdırıb. Teymur bu mərhələdə macar Viktor Erdoşu (1,5:0,5), Ülviyyə isə Polşa təmsilçisi Moniko Soçkonu (1,5:0,5) məğlub edib. Şahmatçılarımızdan Rauf Məmmədov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Nicat Abbasov və Qədir Hüseynov sabah mübarizəni tay-brekdə davam edəcək.
Vüqar Əsədli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Vasif Durarbəyli, Gövhər Beydullayeva və Gülnar Məmmədova isə mübarizəni erkən dayandıraraq, Dünay Kuboku ilə vidalaşıb.
Qeyd: Ümumi mükafat fondu 2,5 milyon dollar (kişilər 1.834.000, qadınlar isə 676.250 dollare) təşkil edən turnirdə hər mərhələ 3 gün davam edir. Rəqiblər ilk iki gündə bir dəfə ağ, bir dəfə isə qara fiqurla oynayırlar. Bu iki oyunda qalib aşkar edilmədikdə rəqiblər 3-cü gün tay-brekdə mübarizəni davam etdirirlər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.