AĞIRLIQQALDIRMA
--------------------------------
Ağır atletimiz Əli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb
İyulun 26-dan Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa birinciliyinin 7-ci günü də yəğmamız üçün uğurlu olub. Belə ki, həmin gün 20 yaşlılar arasında mübarizəyə qatılan və körpücük üzərində özünü 109 kq çəki dərəcəsində sınayan Əli Şükürlü tarixi uğura imza atıb. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Əli çıxışını 1 kiçik qızıl və 1 kişik gümüş medal qazanmaqla ikinci yerdə başa vurub və gümüş medala layiq görülüb. Qeyd edək ki, birdən qaldırmada 160 kq çəkini ram edərək kiçik gümüş medala layiq görülən atletimiz təkanla qaldırma hərəkətində isə 195 kq ağırlığı başı üzərinə qaldırmaqla bütün rəqiblərini geridə qoyub. Bu isə ona kiçik qızıl medal qazanmaq imkanı verib. Əli Şükürlü iki hərəkətin cəmində isə 335 (160+195) kq nəticə ilə Avropada ikinci olub və gümüş medala layiq görülüb.
Xatırladaq ki, iyulun 26-dan avqustun 3-dək davam edən Avropa birinciliyində Azərbaycan da daxil olmaqla, 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.