FUTBOL
----------------------------
"Qarabağ" Bakıda "Rakuv"u qəbul edir
Dünən futboçl üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələnin cavab oyunlarına start verilib. Bu gün isə bir neçə oyunla ikinci mərhələyə yekub vurulacaq. Sözügedən turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" klubu doğma divarlar arasında "Rakuv"u (Polşa) qəbul edəcək. Görüş bu gün saat 20:00-da Bakıdakı "Olimpiya" stadionunda almaniyalı baş hakim Sven Yablonskinin fit çalması ilə başlanacaq.
Xatırladaq ki, bir həftə öncə Polşada keçirilən ilk oyunda "Qarabağ" 2:3 hesabla uduzub. Odur ki, cavab oyunu Ağdam təmsilçisi üçün heç də asan olmayacaq.
Bir məqamı da qeyd edək ki, bu cütün qalibi turnirin 3-cü təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə qarşılaşacaq. Qarşılaşmadan məğlub ayrılan komanda isə Avropa Liqasına düşərək orada 3-cü mərhələdə "Molde"yə (Norveç) rəqib olacaq.
Ümid edirik ki, Qurban Qurbanovun yetirmələri bu gün Polşa təmsilçisi üzərində revanş etməklə həm azarkeşlərini sevindirəcək, həm də "Aris"ə rəqib olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.