FUTBOL
----------------------
UEFA "Roma"nın Mourinyonun Avropadan qadağası ilə bağlı müraciətini rədd edib
"Roma"nın baş məşqçisi Joze Mourinyo ingilis hakim Entoni Teyloru təhqir etdiyinə görə 4 avrokubok oyunundan kənarlaşdırılıb.
“Roma” 60 yaşlı çalışdırıcının cəzası ilə bağlı apellyasiya şikayəti vermək qərarına gəlsə də, buna nail ola bilməyib. UEFA klubun apellyasiya şikayətini rədd edib. Beləliklə, “Roma” Avropa Liqasında qrup mərhələsinin oyunlarının yarıdan çoxunu (altı oyundan dördü) kənarda mentoru olmadan keçirəcək.
Xatırladaq ki, Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə oyunda hakimləri təhqir etdiyinə görə cəzalandırılmışdı. Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib. Matçdan sonra hakimin işindən narazı qalan Mourinyo stadionun dayanacağında onu təhqir edərək “Nə ayıbdır, sən dəhşətli biabırçılıqsan” ifadəsini işlədib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.