24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: Nə qədər çətin rəqiblər gəlsə də, klub qarşısına daha böyük hədəflər qoymalıdır

1 il əvvəl 773 01

Tahir Süleymanov:

Nə qədər çətin rəqiblər gəlsə də, klub qarşısına daha böyük hədəflər qoymalıdır

Klublarımız avrokuboklarda ilk matçlarını keçirib. Dəyərli dostlar, izləyicilər, oxucular oyunlarla bağlı fikir bildirilməsini istəyirlər. Cavab görüşləri öncəsi geniş təhlillərin, müzakirələrin aparılması komandalara mənfi təsir edə bilər...

4 matça ümumi yanaşma ilə pozitivliyi unutmayaq... Qarşıdakı oyunlarda motivasiyanın qorunması mütləqdir! Hətta ən çətin durumda olan "Qəbələ"nin belə şansları ola bilər. Ardıcıllığa uyğun komandaların çıxışlarına qısa nəzər yetirək..

RFŞ - "Sabah" 0:2

Komandanın avrokuboklarda debüt oyunu idi. Təcrübəsizlik, ilk rəsmi matç, futbolçuların optimal formada olmaması, sərhəd keçidi ilə bağıı problemləri nəzərə aldıqda, ilk görüşün nəticəsi mükəmməldir!

Hesab eyforiyaya yol açmamalıdır. Rəqib Latviya təmsilçisi olsa da, qarşılaşma göstərdi ki, çox da zəif komanda deyillər, futbol oynamağı bacarırlar. "Sabah"ın qapısı qarşısında çoxsaylı qol epizodları yaradıldı, şans bizim tərəfdə oldu...

Komandamız əzmkarlıq, döyüşgənlik, meydanın hər qarışı uğrunda ikili mübarizələr, taktiki sxemdə açıq futbola üstünlüyün verilməsi, müdafiədə oturulmaması, qələbə əzmi son nəticəni təmin etdi.

RFŞ son illər sabit çıxış edir, təcrübəsi var, qruplarda oynamış komandadır. Səfər oyunlarında qollar vurur, rəqiblərdən çəkinmir.

Cavab qarşılaşmasında arxayınlığa yol verilməməli, "Sabah" oyun planında, xətlərarası əlaqədə çox artırmalıdır...

Rəqib topsuz saxlanılmalı, müdafiədə etibarlı oynanılmalı, ilk matçdakı səhvlərə, rəqib futbolçularla mübahisələrə yol verilməməli, oyun intizamı qorunmalıdır. Futbol qaydaları çərçivəsində rəqib üzərinə təzyiq dolu tribunalar tərəfindən edilməlidir...

RFŞ-nin son şansıdır, hər addım atacaqlar. Top buraxmamaq şərtilə, bir qol, rəqibin aqressiyasını heçə endirə bilər. Bunun üçün, ilk matçda olduğu kimi, qapının toxunulmaz saxlanılması şərtdir!

"Rakuv" - "Qarabağ" 3:2

Bu matç müzakirələrə səbəb oldu, qapıçı səhvləri çox müzakirə edildi. Cavab qarşılaşması var, bunun üzərində çox dayanmayaq. Avrokuboklarda belə bəsit səhvlərə yol verilməməlidir və nəticə çıxarılmalıdır...

Ümumiyyətlə, ilk 4 matçda bütün qapıçılarımız kobud mövqe, faktiki, psixoloji inamsızlıqla yadda qaldılar. Bu sarıdan "Qarabağ"ın bəxti gətirmədi. Qarşıda Polşa çempionudur, yuxarıdan aşağı baxılmamalıdır.

Oyun göstərdi ki, rəqib səhvləri bağışlamır.

Məğlubiyyət olsa da, "Qarabağ" daha üstün futbol sərgiləməklə, ən əsası, 0:2-dən getidönüş etməklə, cavab qarşılaşması öncəsi böyük ümidlər verir. Azarkeşlərin fantastik dəstəyi ilə, bu ümidlər ümumi nəticəyə öz müsbət təsirini göstərməlidir.

"Qarabağ" müdafiədən futbol oynamayacaq, bu, birmənalıdır. Belədə, arxada son dərəcə etibarlı oynanılmalı, "Rakuv"a boş zonalar verilməməli, rəqib futbolçular təzyiqdən nəfəs almağa çətinlik çəkməlidir. Bir qol bütün planları alt-üst edə bilər. Əzmkar, etibarlı oyunla "Qarabağ" rəqib qapısına 3-5 top vurmağa qadirdir...

"Qəbələ" - "Omoniya" 2:3

Ən çətin durumda qəbəlilərdir. Maliyyə sıxıntısı, heyətin yenidən formalaşması... Buna baxmayaraq ilk dəqiqədə ilk qol ümidlər verirdi.

İlk matçı nəinki heç-heçə ilə, qələbə ilə də bitirmək olardı. Nisbətən güclü rəqib qarşısında doğru taktiki gediş, müdafiədən oyun qurulmuşdu və bəhrəsini verirdi...

2:0 önə çıxmağa da böyük şans var idi, bəxt gətirmədi. Dayaq bölgəsində daha ehtiyatlı olmaq mütləq idi. İki cərimə - iki qol və sonda hakimin penalti hədiyyəsi... "Omoniya" tarixi olduğu qədər qorxunc komanda təsiri bağışlamadı...

Rəqib futbolçuların ustalıq səviyyəsi öz yerində, fiziki/funksional hazırlıqda daha üstün görünürdülər. "Qəbələ" cavab görüşündə əzmkarlığı, sona kimi mübarizliyi, əks-hücumlarda kəsərliyini daha da artırmalıdır.

Nə qədər çətin durum yaransa da, "Qəbələ" özünəinam sayəsində rəqib qapısına qollar vura, geridönüş edə bilər. Klub ruhu, vaxtilə Yunanıstanda qazanılmış möhtəşəm nəticələr

komandaya, məşqçi/futbolçulara əlavə psixoloji güc verməlidir...

"Jelezniçar" - "Neftçi" 2:2

Ağ-qara"lar yeni dönəmə qədəm qoyub, heyət, komplektləşmə geciksə də, komanda hazır olmasa da, hətta indiki məqamda təqibindən qat-qat üstündür. Mutunun "Jelezniçar"ın oyun tərzinə uyğun mərkəzi gücləndirib nominal hücumçuyla oyuna başlaması da doğru qərar idi. Zatən elə bil ciddi alternativi yox idi...

Rəqib tribunaların sayəsində aqressivləşdii. Komanda köklü klubdur, qələbələrə, nəticələrə acdır. "Neftçi" rəqibi qapısına sıxmağa ehtiyac olmayacaq, onsuz da oyun belə başlayacaq. Əsas, bu amil aldadıcı görünməməli, monoton, aşağı tempdə futboldan uzaq olmalı, sürətli oyuna, keçidlərə üstünlük verilməlidir...

"Neftçi" fanatları Sarayevoda baş verənlərə son dərəcə təmkinli yanaşmalı, möhtəşəm dəstək, təzyiq qanunlar çərçivəsində edilməli, çaxnaşmalara, meydanda intizamsızlığın yaranmasına yol verməməlidirlər. "Ağ-qara"lı futbolçular da buna diqqət etməlidir. Oyunun pozulması, qarşıdurmalar ancaq "Jelezniçar"a sərfəlidir.

"Neftçi" üçün bu oyunlar göstərici sayılmamalı, növbəti qarşılaşmalara hazırlıq mərhələsi kimi baxılmalıdır. Nə qədər çətin rəqiblər gəlsə də, klub qarşısına daha böyük hədəflər qoymalıdır.

İllərdi azarkeşlər, bu zirvələri gözləyir...

4 matçda komandalarımız 8 qol vurmaqla yanaşı, ümumilikdə, qapılarında 8 top görüb. Məhsuldarlıq yetində olsa da, müdafiə planında mənfi göstəricidir. Cavab görüşlərində buna şərait yaradılmamalıdır. Belə olacağı halda, minimum 3 komandamızın növbəti mərhələyə adlaması zaman məsələsidir...

Bütün klublarımıza uğurlar arzusu ilə...

ŞƏRHLƏRDƏN:

Veli Nadjafzade:

Qəbələnin işi bir az çətin görsənir, amma digər komandalarımızın turu keçəcəklərinə əminəm. Neftçili olaraq bütün komandalarımıza uğurlar arzulayıram.

Tahir Süleymanov:

"Qəbələ" evdə şansını qaçırdı... Çətin olacaq. "Sabah", "Qarabağ"ın da oyunları asan keçməyəcək, "Neftçi" aqressivliklə yansşı təmkinli oynayaraq qələbəni təmin etməlidir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

John Doe 1 il əvvəl

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

John Doe 1 il əvvəl

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

John Doe 1 il əvvəl

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

John Doe 1 il əvvəl

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

John Doe 1 il əvvəl

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com