ŞAHMAT
-------------------------
FİDE-nin yeni reytinq cədvəlində Teymur Rəcəbov yer almayıb
Əvəzində Şəhriyar Məmmədyarov 13-cü pilləyə yüksəlib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların 1 avqust tarixə olan yeni reytinq cədvəlini elan edib. Nə qədər təəccüblü də olsa, Azərbaycanın şahmatının liderlərindən biri olan Teymur Rəcəbov yeni cədvəldə yer almayıb. Ötən ay 2700 xalla reytinq cədvəlində 13-cü olan Rəcəbov bu dəfə cədvəldən kənarda qalıb. Buna əsas səbəb kimi Rəcəbovun son bir ildə klassik şahmat üzrə keçirilən turnirlərə qatılmaması göstərilir. Bunun əvəzində digər şahmatçımız - Şəhriyar Məmmədyarov 2747 xalla 13-cü pilləyə qalxıb. Top-100-də yer alan digər şahmatçılarımıza gəlincə, Qədir Hüseynov (2661 xal) 75-ci. Nicat Abbasov (2646) isə 97-ci pillədə qərarlaşıb. Qeyd edək ki, kişilərin reytinq cədvəlinə əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2835) liderlik edir. Cədvəldə 2 və 3-cü yerləri isə müvafiq ardıcıllıqla ABŞ təmsilçiləri Xikaru Nakamura (2787) və Fabiano Karuana (2782) tutur.
Qadın şahmatçılara gəlincə, çinli dünya çempionu Xou İfanın (2628) lideri olduğu, onun həmyerlisi Yu Vençjunun (2568) ikinci, rusiyalı Aleksandra Qoryaçkinanınsa (2557) isə üçüncü yeri tutduğu cədvəldə ən yaxşı mövqedə olan şahmatçımız Günay Məmmədzadədir (2448). O, cədvəldə 27-cidir. Ülviyyə Fətəliyeva (2381) 65-ci, Xanım Balacayeva (2368) 80-ci, Gövhər Beydullayeva (2355) isə 90-cı pillədə yer alıb.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.