GÜLƏŞ
----------------------------
Azərbaycan güləşçiləri Polşada 9 medal qazanıblar
Polşanın paytaxtı Varşavada sərbəst və qadın güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi "Poland Open" ənəvi beynəlxalq turnir başa çatıb. Turnirdə təmsilçilərimiz 3-ü qızıl, 3-ü gümüş və 3-üdə bürünc əyarlı olmaqla 9 medal qazanıblar. Qızıl medalları qadın yığmamızın lideri Mariya Stadnik (50 kq), Osman Nurmaqomedov (92 kq) və həlledixi finalda öz komanda yoldaşı Cəbrayıl Haclyevi (2:2) xal prinsipi ilə üstələyən Turan Bayramov (74 kq) qazanıb. Gümüş medallara gəincə, Maqomed-Başir Xanıyev (70 kq), finalda öz komanda yoldaşı ilə qarşılaşmada büdrəyən Cəbrayıl Hacıyev (74 kq) və ən ağırımız olan Georgi Meşvildişvili (125 kq) qazanıb. Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə çıxışını 3-cü pillədə başa vurmaqla bürünc medala layiq görülüb.
Turnidə ən yadda qalan və diqqətçəkən məqamlardan biri 74 kq-da güləşən pəhləvanlarımızın üzləşmələri və ən əsası da bu çəkidə Azərbaycan finalının baş tutması olub. Belə ki, bu çəkidə turnirin qalibi olan Turan Bayramov əvvəlcə üçüncü məırhələdə komanda yoldaşı Hacımurad Hacıyevi, həlledici finalda isə Cəbrayıl Hacıyevi üstələyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.