ŞAHMAT
----------------------
Bakıda şahmat üzrə DK-na start verilib
Bu gün Bakıda kişi və qadın şahmatçılar arasında Dünya Kuboluna start verilib. Mükafat fondu 2.5 milyon avro təşkil edən və Olimpiya sistemi üzrə (uduzan çıxır) keçirilən turnirdə Azərbaycan da daxil olmaqla 309 (206 kişi və 103 qadın) zəka sahibi medallar uğrunda mübarizəyə qatılıb. Qeyd edək ki, ev sahibi Azərbaycanın 18 şahmatçı ilə qatıldığı bu turnirdə həm kişilər, həm də qadınların yarışında ilk 3 yeri tutanlar Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaq.
Bu gün kişilər mübarizəyə 1\128 finaldan, qadınlarsa 1\64 finaldan başlayıblar. Reqlamentə görə hər mərhələ 3 gün davam edəcək. Çünki rəqiblər həm ağ, həm də qara fiqurla olmaqla iki dəfə qarşılaşacaqlar. İki oyunda qalib aşkar edilməsə, onda 3-cü gün tay-brek oynanacaq.
DK kişilər. 1\128 finalda Azərbaycan şahmatçılarının iştirakı ilə aşağıdakı partiyalar baş tutub (ilk oyunlar):
Qədir Hüseynov - Rupeş Yasval (Nepal) - 1:0
Rauf Məmmədov – Juo Lim (Маlayziya) 1:0
Nicat Abbasov – Макоtо Rodvell (Zimbabve) 1:0
Eltac Səfərli – Roberto Sançes (Panama) 1:0
Bobbi Çenqг (Аvstraliya) – Мisrəddin İsgəndərov 0:1
Vüqar Əsədli – Min Le (Vyetnam) 1:0
Vasif Durarbəyli – Leonel Fiquredo (Мекsika) 0,5:0,5
Nicat Məmmədov - İvan Şitko (Моldova) 0,5:0,5
Şəmsəddin Voxidov (Özbəkistan) – Аbdulla Qədimbəyli 0,5:0,5
Aydın Süleymanlı – Yunqlyun Syu (Çin) 0,5:0,5
Bardiya Даneşvar (Hindistan) – Maqomed Мuradlı 1:0
Qadınlar: 1/64 final. ilk oyunlar
УÜlviyyə Fətəliyeva – Vyanla Punsalan (Yeni Zelandiya) 1:0
Маrina Qayçin (Serbiya) - Gövhər Beydullayeva 0:1
Xanış Balacayeva – Qyanyin Qonq (Sinqapur) 0:1
Gülnar Məmmədova – Ti Nquen (Vyetnam) 0,5:0,5
Qeyd: Daha 3 şahmatçımız - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə mübarizəyə növbəti mərhələdən qatılacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.