BOKS
--------------------
Yeniyetmə boksçularımız Avropa birinciliyində iki bürünc medal qazanıblar
Rumıniyanın Ployeşti şəhərində yeniyetmə boksçular (oğlan və qızlar) arasında keçirilən və azərbaycanlı boksçuların da iştirak etdiyi Avropa birinciliyində bu gün yarımfinal mərhələsinin döyüşləri keçirilib və bununla da finalçılar müəyyənləşib. Bu mərhələdə iki təmsilçimiz - Elburus Kərimli (54 kq) və İlkanə Əhmədova /(+80 kq) rinq döyüşünə çıxıb. Təəssüflər olsun ki, hər iki boksçumuz mübarizəni yarımfinalda dayandırıb. Bu isə onlara yalnız bürünc medal qazanmaq imkanı verib.
Xatırladaq ki, ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Döyüş rəqibin qələbəsi ilə bitib.
İlkanə Əhmədovaya (+80 kq) gəlincə, zərif cinsdən olan boksçumuz rumıniyalı Denisa Manu ilə döyüşdə məğlub olaraq finaldan kənarda qalıb və bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinə bu gün final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.