CÜDO. UNİVERSİADA
-----------------------------
Rəşid Məmmədəliyev Universiadada gümüş medal qazanıb
Cüdoçularımız Universiadada medalların sayını 3-ə çatdırıblar
Dünən Çinin Çenqdu şəhərində startı verilən Ümumdünya Universiadası davam edir. Qeyd edək ki, Universiadanın ikinci günü daha 3 cüdoçumuz mübarizəyə qatılıb ki, onlardan da biri daha uğurla çıxış edərək, dünya tələbələri arasında ikinci yeri tutub. Söhbət 73 kq-da tatamiyə çıxan və finala qədər irəliləyən Rəşid Məmmədıliyevdən gedir. Xatırladaq ki, ilk iki görüşdə İtaliya və Qırğızıstan təmsilçisini məğlub edərək, finala yüksələn cüdoçumuz həlledici görüşdə yaponiyalı Tatsuki İşixare ilə bacarmayıb. Nəticədə o, Universiadada gümüş medal qazanmaqla ikinci yeri tutub. Təəssüflər olsun ki, onunla eyni gündə mübarizəyə qatılan cüdoçularımız - Məhərrəm İmamverdiyevlə (81 kq) Günel Həsənli (70 kq) fiaskoya uğrayaraq, mübarizəni erkən dayandırıb. Qeyd edək ki, Universiadanın ilk günü cüdoçularımızdan Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.