AĞIRATLETİKA
------------------------------
Ömər Cavadov AÇ-da birdən qaldırmada çempion olub
Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23-ə yaşa qədər olan gənclər arasında ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də güc nümayiş etdirdiyi Avropa birinciliyi davam edir. İyulun 26-dan startı verilən çempiobnatın 4-cü günü yığmamızın üzvü Ömər Cavadov (73 kq) körpücük üzərinə çıxaraq, mübarizəyə qatılıb. 23 yaşlı atletimiz birdən qaldırma hərəkətində 152 kq ağırlığı ram edərək, bu növdə bütün rəqiblərini geridə qoymaqla çempionatın kiçik qızıl medalını qazanıb. Təəssüflər olsun ki, atletimiz bu uğurun davamını gətirə bilməyib. O, təkanla qaldırma hərəkətində başı üzərinə qaldırdığı 165 kq nəticə ilə yalnız 4-cü olub. İki hərəkətin cəmində də Ömər 317 (152+165) kq nəticə ilə 4-cü yeri tutub.
Qeyd edək ki, çempionatda Azərbaycan da daxil olmaqla, 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) atlet iştirak edir. Çempionata avqustun 3-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.