QILINCOYNATMA
-----------------------------
Qadın müşketyorlarımız mundialı 5-ci yerdə başa vurublar
İtaliyanın Milan şəhərində kişi və qadınlar arasında qılıncoynatma (sablya. şpaqa, rapira) üzrə keçirilən və Azərbaycandan olan müşketyorların da qatıldığı dünya çempionatı başa çatıb. Təəssüflər olsun ki, həmişə uğur qazanacaqlarına inandığımız qadın sablyaçılarımız bu dəfə həm fərdi, həm də komanda yarışında heç nə ilə yadda qalmayıb. Qeyd edək ki, ölkəmizi mundialın sablya üzrə yarışlarında təmsil edən Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç dördlüyü əvvəlcə fərdi yarışlarda fiaskoya uğradı, ardından isə komanda yarıçında uğur qazana bilmədi. Qeyd edək ki, 1\4-ə qədər irəliləməyi bacaran komandamız bu mərhələdə Cənubi Koreyaya (43:45) məğlub olandan sonra Yunanıstan üzərində (45:42) qələbə qazanmaqla 5-ci yer uğrunda mübarizə aparmaq imkanı qazanıb. Burada isə yığmamız Yaponiyadan (45:44) güclü olaraq, 5-ci yeri tuta bilib.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.