Cənub bölgəsində 166 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.
Attestatlarda illik və imtahan qiymətləri yazılır.
2022-2023-cü tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara bitirdikləri təhsil səviyyəsinə uyğun olaraq ümumi və tam orta təhsil haqqında attestatlar təqdim olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" Qaydalarına əsasən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata əsəsən region üzrə ümumi təhsil müəssisələrinin IX siniflərini 10498, XI siniflərini isə 7134 nəfər bitirib.
Astara rayonu üzrə IX sinifi 1449, XI sinifi 872 nəfər, Cəlilabad rayonu üzrə IX sinifi 2686, XI sinifi 1742 nəfər, Lənkəran rayonu üzrə IX sinifi 2751, XI sinifi 1935 nəfər, Lerik rayonu üzrə IX sinifi 500, XI sinifi 378 nəfər, Masallı rayonu üzrə IX sinifi 2549, XI sinifi 1712 nəfər, Yardımlı rayonu üzrə IX sinifi 563, XI sinifi isə 495 nəfər bitirib.
Onlardan 77 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 89 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.