CÜDO. AVROFESTİVAL
-------------------------------
Cüdo üzrə Azərbaycanın qarışıq yığma komandası Avrofestivalda ikinci yeri tutub
Yığmamız yalnız finalda Türkiyəyə uduzub
Sloveniyanın Maribor şəhərində Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı davam edir. Azərbaycan komandasının da (88 idmançı, 16 idman növündə) iştirak etdiyi Festivalda artıq cüdo üzrə həm fərdi, həm də qarışıq komanda yarışları başa çatıb. Fərdi yarışlarda 9 (3-2-4) medal qazanan yığmamız qarışıq komanda yarışında isə yalnız həlledici finalda Türkiyə komandasına 2:4 hesabla uduzmaqla gümüş medal qazanıb və Festivalın ikinicisi olub. Finala qədər isə yığmamız Xorvatiyanı 4:2, 1\4 finalda Ukraynanı 4:3, yarımfinalda isə Gürcüstanı 4:3 hesabla məğlub edib. Fərdi yarışlara gəlincə, Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Aslan Kotsoyev (90 kq) bütün görüşlərini qələbə ilə bitirərək qızıl, Süleyman Şükürovla (73 kq) Ramazan Əhmədov (+90 kq) yalnız finalda büdrəyərək gümüş, Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Maqomed Musayev (60 kq) və Cəsur İbadlı (66 kq) isə üçüncü yeri tutmaqla bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan cüdoçuları Avrofestivalı 10 medalla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.