UEFA "Yuventus"u bir il müddətinə avrokuboklardan kənarlaşdırdı, klub həmçinin 20 milyon avro cərimə ödəyəcək
UEFA Turin "Yuventus"unun bir il müddətinə bütün Avropa yarışlarından kənarlaşdırılması ilə bağlı yekun qərarını verib.
Beləliklə, "qoca sinyora" Konfrans Liqasını - 2023/2024-ü buraxacaq. Bundan əlavə, “Yuventus” 20 milyon avro cərimə ödəyəcək.Xatırladaq ki, avrokuboklardan kənarlaşdırılma UEFA-nın 2022-ci ilin dekabrında klubun mübahisəli balansları ilə bağlı başlatdığı araşdırmanın nəticəsi olub və maliyyə feyr-pley qaydalarının pozulmasını aşkar edib.
Turinlilər ötən mövsümü 62 xalla liqanı 7-ci pillədə başa vurmuşdu. Byankonerilər Konfrans Liqasında - 2023/2024-də çıxış etməli idilər. Çempionat zamanı "Yuventus"dan on xal silinib. Komanda Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına yüksəlib. İtaliya kubokunda "Yuventus" da yarımfinalda mübarizəni dayandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.