Elman Eldaroğlu:
İli köhnə olan maşınlara məhdudiyyət qoyulacaq...
ABŞ-da buraxılış ilinə görə avtomobillərin istismarına heç bir məhdudiyyət qoyulmur. Lap min doqquz yüz çoxdanıncı ilin də avtomobilini sürə bilərsən. Məsələn, mən orada olarkən bir zəncidən dörd yüz dollara 1997-ci ilin Lexsus markalı, Lx 450 modelli avtomobilini alıb bir neçə il sürmüşəm. Miçiqan ştatından tutmuş Ohayo, İndiana və s. ştatları həmin avtomobillə gəzib dolaşmışam. Heç kim məni yolda saxlayıb irad tutmayıb. Sadəcə ildə bir dəfə bizim Asan xidmətin funksiyasını daha geniş formada icra edən və çox illər öncə yaradılan "Secretary of State in the USA" (ABŞ-da Dövlət Katibliyi) adlı bu idarədə ildə bir dəfə dövlətə texniki baxış pulu köçürmüşəm, vəssalam. Yeri gəlmişkən, şəxsiyyət vəsiqəsindən(İD) tutmuş sürücülük vəsiqəsi, özəlləşdirmə sənədləri, avtomobilinin nömrəsinə kimi, eləcə də ağlınıza gələn hər bir sənədi həmin idarədən alırlar.
Hə, onu da deyim ki, gedəndə 400 dollara aldığım bu avtomobili geri dönərkən başqa bir zənciyə 1200 dollara satdım. Qəribədir, bizdə isə ili köhnə olan maşınlara məhdudiyyət qoyulacaq...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.