24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Rəşad Məcid: Şuşada möhtəşəm Qlobal Media Forumu

1 il əvvəl 942 01

Rəşad Məcid:

Şuşada möhtəşəm Qlobal Media Forumu

"Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda, 49 ölkədən 150 nəfər xarici qonağın, 60 nəfər yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə üçgünlük Şuşa Qlobal Media Forumu yüksək səviyyədə keçirildi və uğurla başa çatdı. Məsuliyyət yükü böyük olan belə bir əlamətdar tədbirin uğurla başa çatdırılmasına görə bütün təşkilatçılara, zəhməti olanların hər birinə xüsusi təşəkkür düşür. Digər önəmli cəhətləri ilə yanaşı, dünyanın aparıcı media qurumlarının, jurnalist təşkilatları rəhbərlərinin, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin toplaşdıqları belə bir forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi isə ayrıca dərin rəmzi məna kəsb edirdi. Forumun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi dərin məzmunlu fikirlərin böyük maraqla qarşılanması, eləcə də tədbir iştirakçılarının dünyada baş verən ən müxtəlif proseslərlə bağlı ünvanladıqları suallar dövlətimizin başçısının dünya səviyyəli bir lider və siyasətçi kimi həmişə xüsusi diqqət mərkəzində olduğundan xəbər verdi.

Cənab Prezidentin medianın gələcəyi, azad, müstəqil media ilə bağlı səsləndirdiyi fikirlər, o cümlədən, Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu, mediamızda sağlamlaşma prosesinin uğurla getdiyini və bu səbəbdən də xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazıların artıq çox nadir hallarda üzə çıxdığını xüsusi vurğulaması olduqca əhəmiyyətli məqamlar idi. "Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır", - deyən Prezident İlham Əliyevin sosial medianı izlədiyini, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrəndiyini, həm sosial medianın, həm də ənənəvi KİV-in ona yardımçı olduğunu dilə gətirməsi də böyük  məmnunluqla qarşılandı.

Dövlətimizin başçısının Qarabağda, Şuşada aparılan quruculuq işləri barədə söylədikləri, həmişə olduğu kimi, Qarabağdan danışarkən həyəcanla, qürur hissi ilə səsləndirdiyi fikirlər, elə bilirəm, zalda oturan və soyuqqanlılığı ilə seçilən əcnəbi media mütəxəssislərinə də təsirsiz ötüşmədi. Onlar bu emosional, duyğulu, səmimi sözlər sayəsində Şuşanın, Qarabağın Azərbaycan üçün nə qədər vacib olduğunu bir daha gördülər. Cənab Prezidentin Şuşa, onun gələcəyi ilə bağlı dedikləri isə hər bir Azərbaycan vətəndaşının qəlbindən keçən, ürəkləri riqqətə gətirəcək ən təsirli sözlər idi:  "Şuşanın bərpası başlanıb, bir müddət öncə Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış layihəsi icra olunur. ...Şuşa Prezident sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib və bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Bu şəhər qaya üzərində qurulub, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır... Şuşada hər şey Baş plan əsasında edilir. Bu isə imkan verəcək ki, şəhər daha gözəl olsun. Yəni, heç vaxt olmadığı qədər gözəl olacaq. Çox rahat, müasir şəhər olacaq. Eyni zamanda, təbii ki, onun orijinallığı qorunacaq, çünki bütün tarixi-memarlıq abidələri hazırda bərpa edilir. Şuşaya səyahət edən insanlar burada tez-tez dəyişikliklərin şahidi olurlar. Çünki bu şəhər gündən-günə gözəlləşir. ...Hesab edirəm ki, 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaq".

Açılış mərasimi bitəndən sonra xarici jurnalistlərin Azərbaycan Prezidentinə yaxınlaşıb onunla mükaliməyə can atmaları, selfi çəkdirmələri isə çox qürurverici məqam, həmçinin, dövlətimizin rəhbərinin bu gün dünya siyasətçiləri, ictimai fikir daşıyıcıları arasında xüsusi nüfuza və çəkiyə malik olduğunun göstəricisi idi.

Forumda panellərin mövzuları da uğurla seçilmişdi və medianın vacib problemlərinə həsr olunmuşdu.

"Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində" mövzusundakı birinci paneldə danışılanlar ənənəvi media nümayəndələrində bir qədər məyus ovqat yaratmışdı. Süni intellektin mediada rolu, yeni texnologiyaların medianın gələcək fəaliyyətinə göstərəcəyi təsirlərlə bağlı səsləndirilən pessimist fikirlər təxminən 10 il sonra burada - Şuşada keçiriləcək media forumunda yığışıb medianın hansı problemlərini müzakirə edə biləcəyimiz fikrini sual altına alırdı. Amma "Müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması" mövzusundakı növbəti paneldə Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorun birinci müavini Mixail Qusmanın sözləri, elə bilirəm, bu məyusluğa su səpdi; o, yaradıcılığın böyük rolundan danışdı, əlahəzrət müxbirin nə zamansa gündəmdən düşəcəyinə inanmadığını söylədi, yaradıcılıq faktorunun süni intellektə qalib gələcəyini vurğuladı və hesab edirəm ki, bu sözlər xeyli nikbin əhval-ruhiyyənin yaranmasına səbəb oldu.

"Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində", "Yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk-nyusla mübarizə üsulları)" və "Jurnalistlərin təhlükəsizliyi" mövzusundakı panellərdə də  bir çox maraqlı məqamlara toxunuldu, jurnalistlərə qarşı müxtəlif təhdidlər, sosial medianın gətirdiyi yeni faktorlar kimi aktual mövzular ətrafında faydalı müzakirələr aparıldı. "Jurnalistlərin təhlükəsizliyi" mövzusundakı paneldə sosial medianın aqressiyası və jurnalistlərə təzyiqlərlə bağlı məsələ, xüsusilə də Vətən müharibəsi günlərində Azərbaycana səfər edən xarici jurnalistlərə qarşı ermənilər tərəfindən təzyiqlər göstərilməsi ilə bağlı səsləndirilən fikirlər diqqətimi daha çox cəlb elədi.

lll

Forumun açılışındakı nitqinin sonunda ötən il Şuşada Azərbaycan media nümayəndələrinin Forumunun keçirildiyini xatırladan Prezident İlham Əliyev növbəti il bu tədbirin beynəlxalq forum səviyyəsində təşkili ilə bağlı Prezident Administrasiyasına göstəriş verdiyini dilə gətirdi və bu forumun müntəzəm şəkildə, hər il  keçirilməsini, bu tədbirin isə Birinci Şuşa Qlobal Media Forumu adlandırılmasını tövsiyə etdi.

Forumun belə formatda hər il keçirilməsilə bağlı dövlət başçısının tövsiyəsi, ardınca da Prezidentin köməkçisi Hikmət Hacıyevin "Artıq sabahdan yeni forumlara hazırlaşmalıyıq" sözləri bu mövzuda ciddi müzakirələrin vacibliyini önə çıxarır. Biz medianın gələcəyini necə görürük? Növbəti beynəlxalq miqyaslı forumlarda hansı məsələlər müzakirə olunmalıdır? Elə bilirəm, indidən bu mövzuda peşəkar yanaşmaların ortaya qoyulmasına, əsaslı təkliflərin irəli sürülməsinə ciddi ehtiyac var.

Vaxtilə işğal altındakı ərazilərimizə qanunsuz səfərlər edən 58 nəfər media təmsilçisinin adı bu yaxınlarda Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxslər siyahısından çıxarıldı. Dövlətimizin xoşməramlı jestini yüksək qiymətləndirən Azərbaycan Mətbuat Şurası məsələ ilə bağlı bəyanat yaydı. Sonradan həmin şəxslərin bir çoxu bu ərazilərə qanunsuz  səfərlərə Azərbaycan dövləti tərəfindən qadağa qoyulduğundan məlumatsız olduğunu bildirib, üzrxahlıq edib. Fikrimcə, növbəti forumlara onların da dəvət edilməsi məqsədəuyğun olardı. Dəvət edək, gəlib Şuşanın indiki vəziyyətini, buradakı prosesləri öz gözləri ilə görsünlər, eyni zamanda, media müzakirələrinə qatılsınlar.

Bir müddət əvvəl Azərbaycan Mətbuat Şurası mediada qarşılıqlı nifrət ritorikasının azalması çağırışı ilə Ermənistanın müvafiq qurumuna müraciət etmişdi. Amma təəssüf ki, bu humanist çağırışa müsbət reaksiya vermək əvəzinə qarşı tərəf yenə öz ənənəsinə sadiq qalaraq neqativ mövqe sərgilədi. Auditoriya genişliyi, mövzu zənginliyi ilə müşahidə olunan Şuşa Qlobal Media Forumunun gedişində qaralama kampaniyasına əl atan Ermənistanın 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq əcnəbi media mənsublarını qınadılar, onları Şuşanı tərk etməyə çağırdılar. Bununla da kifayətlənməyən erməni tərəfi eyni motivli müraciəti beynəlxalq təşkilatlara  da ünvanladılar, Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər səsləndirdilər. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında terrora məruz qaldılar. Buna görə də Mətbuat Şurası bəyanat yayaraq Ermənistan mediasının çirkin siyasi texnologiyalardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi, Ermənistan jurnalistlərini avantürist meyillərin əsiri olmamağa, gələcəkdə bu platformada təmsil olunmağa və jurnalistika dəyərlərinin qorunmasına öz töhfələrini verməyə çağırdı.

Zənnimcə, idmançılarımızın səfərləri kimi, jurnalistlərin də qarşılıqlı səfərlərinin reallaşdırılması yönündə addımlar atılmasına artıq başlanılmalıdır. Cənab Prezidentin söylədiyi kimi, doğma Qarabağda yaşayan etnik ermənilərin arasında sağlam düşüncəli insanlar da var və onların içərisində media sahəsində fəaliyyət göstərənlərin bizim forumlarda, müxtəlif tədbirlərdə iştirakı barədə də düşünmək işin xeyrinə olar. Cənab Prezident də çıxışında qeyd etdiyi kimi, oradakı sağlam düşüncəli insanlar xunta rejiminin əsarəti, basqısı altındadırlar, onlar öz fikirlərini söyləyə bilmirlər. Bəs biz onları - bizim vətəndaşlarımızı, oradakı sağlam düşüncəli erməniləri necə xilas etməliyik, onlarla münasibətlərimizi necə qurmalıyıq və bu məsələdə medianın rolu necə olmalıdır? Elə bilirəm, indiki mərhələdə bu məqam barədə konstruktiv düşünmək çox vacib məsələlərdən biridir.

...Üçgünlük Şuşa Qlobal Media Forumu, yazının əvvəlində də qeyd etdiyim kimi, böyük ruh yüksəkliyi ilə keçdi, tədbir bir çox vacib və aktual məsələlərin müzakirələri ilə yadda qaldı. Əminəm ki, bu forumun davamlılğına nail olmaqla Azərbaycan dünyada həm də azad sözə böyük dəyər verdiyinin sanballı bir təzahürünü ortaya qoyacaq. Şuşa Media Forumunun mütəmadi şəkildə keçirilməsi, burada media ilə bağlı müxtəlif vacib mövzuların tanınmış ekspertlərlə, məşhur mütəxəssislərlə müzakirəsi Şuşanı ən fərqli fikrlərin səslənə biləcəyi azad media məkanına çevirə bilər. Ona görə də hər birimiz belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün çalışmalı, bu yolda əlimizdən gələni etməliyik. Hər birimizin çiyinlərinə böyük məsuliyyət qoyan bu tarixi missiyanın həyata keçirilməsinə qalib Azərbaycanın gücü də, imkanları da yetər.

P.S. Forumda Azərbaycanın incəsənət xadimlərinin çıxışları və müxtəlif sənət əsərlərimizin səsləndirilməsi də olduqca xoş və anlamlı təəssürat yaratdı. Bu həm də Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi olduğunun bir göstəricisi, sevindirici təcəssümü idi. Forum iştirakçılarının reaksiyasından da göründü ki, onlar bizim mədəniyyətimizə rəğbətlə, sevgi ilə yanaşırlar.

Rəşad Məcid
Mətbuat Şurasının sədri

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com