CÜDO
-----------------------
Gənc cüdoçularımız Almaniyada AK-na qatılacaqlar
İyulun 29-dan 30-dək Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. Azərbaycan da daxil olmaqla iki gün davam edəcək turnirdə 29 ölkədən 310 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz turnidə 7 çəki dərəcəsində 16 cüdoçu (qızlar və oğlanlar) ilə təmsil olunacaq.
Komandaya gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
İdmançılarımız 31 iyul-2 avqust tarixlərində Berlində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılacaqlar.
Heyət belədir:
Qızlar. Zeynəb Məmmədova, Aydan Vəliyeva (hər ikisi 52 kq),
Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+78 kq);
Oğlanlar: Nizami İmranov, Nicat Nağıyev, Samir Piriyev, İslam Rəhimov (hamısı 66 kq), Süleyman Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov, Aydın Rzazadə (hamısı 73 kq), Əjdər Bağırov, Vüqar Talıbov, İsmayıl Zamanov (hamısı 90 kq) və Kənan Nəsibov (+100 kq).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.