Tahir Süleymanov:
Biz kiprlilər kimi düşünməməliyik, bir-birilərinə qarşı edilən "düşmən"çiliyi etməməliyik
"Qəbələ"nin rəqibi "Omoniya" Kiprin ən titullu klublarından biridir, 20-dən çox ölkə çempionluğu var. Klubun yaranma tarixi siyasi çalarlara söykənir. "Düşmənlər derbisi" adlandırılan əzəli rəqibi APOEL-dir. Təsadüfi deyil...
İkinci dünya savaşından sonra Yunastanda baş verən siyasi hadisələr APOEL-i idarə edənlərdən də yan keçməyib. Kommunizm ideyası tərəfdarları klubdan ayrılaraq 1948-ci ildə "Omoniya"nı yaradıb və tək futbolda yox, siyasi rəqiblərə çevriliblər.
İllər öncə APOEL-lə oyun günü hava çox isti idi. Günorta saatlarında futbolçularımız istirahət edir, tarixi görüşə hazırlaşırdılar. Vaxt keçmir, daxili həyəcan, məsuliyyət hər dəqiqə artırdı.
Psixoloji yüklənməmək üçün şəhərin mərkəzinə çıxdıq, "sərhəd"dən türk tərəfə keçdik...
Geri dönərkən, restoranların birinin qarşısında orta yaşlı yerlilərdən biri bizə yaxınlaşdı. "Xoş gəlmisiniz"dən sonra yeməyə dəvət etdi. Təşəkkür etdikcə israrından əl çəkmirdi. Bəlli oldu ki, həm restoranın sahibidir, həm də "Omoniya" fan-klublarının birinin rəhbəri...
Səmimi münasibət-təklifə qarşılıq olaraq, razılaşdıq. Bizə təklif edilən və stola gətirilən, qədəhlərə süzülən spirtli içkilərdən imtina etdik. Bunu görən ev sahibi, "Neftçi"nin sağlığına hamısını içdi, uğurlar arzuladı və axşam bütün "Omoniya" azarkeşlərini APOEL-ə deyil, "Neftçi"yə azarkeşlik edəcəyini bildirdi.
"Qəbələ"nin maliyyə imkanları zəifləsə, heyət dəyişsə də, artıq təcrübəli komandadır, avrokuboklarda klub, Azərbaycan futbolu adına tarixi uğurlar qazanıb. Bu ruhla oyuna çıxılmalı, rəqibdən çəkinməməli, inam, mübarizlik, qələbə istəyi üst səviyyədə olmalıdır...
Stadionda, tribunalarda, ekran qarşısında "Qəbələ"yə azarkeşliklə yanaşı, Nikosiyada APOEL tərəfdarları da komandamızın uğurunu, "Omoniya"nın məğlubiyyətin arzulayacaq, cavab görüşündə də eyni mənzərə yaşanacaq.
Azərbaycan klub futbolu adına hər qələbə/heç-heçə, mərhələ keçidi UEFA əmsallar cədvəlində reytinq xalları deməkdir. Bu amil, növbəti mövsümlərdə avrokuboklarda çıxış edəcək bütün klublarımıza öz təsirini göstərir.
Biz kiprlilər kimi düşünməməliyik, bir-birilərinə qarşı edilən "düşmən"çiliyi etməməliyik. Avrokuboklarda hər bir klubumuza dəstək olaraq ölkə futbolu adına daha da irəli getməyi istəməliyik. Azərbaycan çempionatında klub sayının artırılması ilə yanaşı, hədəf, yaxın illərdə Avropada 5 klubla təmsil olunmaq olmalıdır!
"Qəbələ"yə ilk qarşılaşmada qələbə arzusu ilə...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.