BASKETBOL
-----------------
Oğlan basketbolçulardan ibarət U-16 yığmamız AÇ-nın finalında
Kosovonun Priştine şəhərində 16 yaşlı oğlan basketbolçular arasında keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi Avropa çempionatının C divizionu artıq başa çatmaq üzrədir. Dünən baş tutan yarımfinal oyunlarından sonra finalçılar müəyyənləşib. Sevindirici haldır ki, dünən yarımfinal görüşlərinin birində Azərbaycan komandası Andorra ilə qarşılaşıb. Görüşü qələbə ilə bitirən Azərbaycan adını finala yazdırıb - 87:64 (21:19, 25:12, 28:16, 13:17).
Bu gün isə çempionata həlledici final qarşılaşması ilə yekun vurulacaq. Qeyd edək ki, finalda Azərbaycan komandası ilə Kipr yığması qarşılaşacaq. Maraqlıdır ki, çempionatın startında Kiprlə qarşılaşan yığmamız son matçında da bu komandayla qarşılaşacaq. Təəssüflə qeyd edək ki, Kiprlə start matçında yığmamız 51:65 hesabla məğlub olmuşdu. İndi isə yığmamızın revanş etmək şansı var. Əgər Azərbaycan Kiprlə bu oyunda revanş edə bilsə, onda eyni zamanda həm də Avropa çempionu olacaq. Final oyunu bu gün saat 22:00-da başlanacaq. Xatırladaq ki, məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi U-16 yığmamız finala gedən yolda Ermənistan (92:58), Albaniya (87:67) və San-Marinonu da (96:47) məğlub etmişdi.
Bir məqamı da yada salaq ki, bir neçə gün öncə qızlardan ibarət U-16 basketbol yığmamız qızlar arasında təşkil edilən analoji çempionatın qalibi olub. Ümid edirik ki, 16 yaşlı basketbolçu qğlanlarımız da həmyaşıdları olan qızlarımızın uğuruna imza ata biləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.