Bəybala Mirzəyev:
Ermənistanın təxribat karvanı "Laçın" postuna çatdı
Şeytanistan (Ermənistan) hər gün bir yeni təxribat planı fikirləşir.
Belə ki, ermənilər indi də Azərbaycan tərəfi ilə razılaşdırmadan İrəvandan yola salınan "humanitar" yük maşınlarını "Laçın" sərhəd-buraxılış məntəqəsinin önünə yığır. Hazırda orada böyük bir TIR karvanı cəmlənib.
Bu, ermənilərin növbəti təxribat cəhdidir. Belə bir addımın atılması çox güman ki, sərhəddə növbəti qarşıdurma yaratmaq planlarından xəbər verir.
Deyilənlərə görə, işin içində Fransa da var. Fransa Avropa İttifaqının (Aİ) Ermənistandakı uzunmüddətli müşahidə missiyasının əli ilə aranı qarışdırır. Elə "Laçın" postunun önündə "lövbər" salan təxribat karvanını müşayiət edənlərin arasında da Aİ-nin fransız əsilli müşahidəçiləri var.
Göründüyü kimi əclaflar bu dəfə daha kreativ təxribat növü fikirləşiblər.
Heç şübhəsiz ki, sərhəddə bu cür hiyləgər təxribatların törədilməsi Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir. Lakin Azərbaycan heç bir halda Ermənistan tərəfinin məkrli məqsədlərlə göndərdiyi "humanitar" yükləri Laçından buraxmamalıdır. Qətiyyətli mövqeyimiz onların təxribatlarını puça çıxaracaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.