Tahir Süleymanov:
"Neftçi"nin həqiqi, mənəvi, faktiki sahibi - fanat/azarkeş ordusudur!
"Neftçi"nin həqiqi, mənəvi, faktiki sahibi - fanat/azarkeş ordusudur! Nəsillər dəyişir, nəticələrdən asılı olmayaraq, estafet ata-babalardan oğullara, övladlardan nəvə-nəticələrə ötürülür. Klubda rəhbər/məşqçi/futbolçu - gəldi-gedərdi - tərəfdar yerindədir!
Fanat/azarkeş həssasdır, emosionaldır, futbol, doğma komanda sevgisi, ruhu toxunulmazdır!
Azarkeş hissləri ilə oynanılmamalıdır, yaşıl meydanlarda layiqli oyunlar göstərilməlidir!
"Neftçi", ümumən, Azərbaycan futbol azarkeşi bunu haqq edir!
Qarşıdan avrokubok oyunları gəlir...
"Neftçi"də önəmli dəyişiklər baş verdi. Azarkeşlər növbəti dəfə sabaha ümidlə baxır.
Fanat/azarkeşlərin daha həvəsli olması üçün yeni gələnlərlə bağlı təhlillər aparmırıq, onların ümidlərinin qırılmamasını istəyirik...
Dünən axşamdan yenilərə "dəstək kampaniyası" peyda olub. Fanat/azarkeşlər, futbol ictimaiyyəti, media arasında şok effekti yaradıb.Təqdimat mərasiminin "təqdimatı", futbolçunun "xaric olunması" bəyanatı od-alovu bitməmiş, belə sosial/virtual "tədbirlərin" keçirilməsinə nə ehtiyac var?!
"Neftçi"nin böyüklüyünü, əzab-əziyyətini illərdi qoruyan həqiqi fanat/azarkeş ordusu hər zaman yerindədir, mənasız dəstək-şərh "azarkeşləri" kimə, nəyə qulluq edir? Elementar məntiq yoxdur. Heç bir təpki göstərilmir, "Neftçi" adına uğurlar arzulanır...
Qeyd olunduğu kimi, "azarkeşlərə ehtiyacımız var" düşüncəsi ilə hərəkət etmək, yaradıcılıq, quruculuqla məşğul olmaq əvəzinə, rəhbər "layihə dəstəkləri" yenilərin özünəinamsızlıq sindromunu, bundan irəli gələn bimeranq effektini özündə əks etdirir...
Böyük futbola, böyük kluba həvəskar yanaşma yolverilməzdir və dərhal qarşısı alınmalıdır!
Kimlər bunu edir? Araşdırılmalıdır! Təxribatdırsa, ölçü götürülməlidir, daxildəndirsə, mütləq dayandırılmalıdır! Gedişlər necə də millinin uğursuz nəticələrindən sonra "dəstək ordu"suna bənzəyir... Bu xətdirsə?!...
Ölkə futbolunda dövran, himayədarlar dəyişir/dəyişmək istəyir... Dəyişirmi? Futboldan əl çəkməyən yırtıcı qüvvələr öz ampluasındadır. Bir qoruna bilinməyən dəstənin digəri ilə əvəzlənməsi manevri unudulmamalıdır!
Özləri belə "gedişlərlə" futbol ictimaiyyətini, azarkeşləri düşünməyə vadar edir...
"Neftçi"nin fanat/azarkeş ordusunun kimlərinsə süni yaradılmış köməyinə ehtiyacı yoxdur!
Bütün qüvvələrin avrokubok matç(lar)ına kölıəndiyi, konsentrasiya olunduğu vaxtda, belə halların yaşanması təəssüf doğurur. Heç şübhəsiz, "Neftçi" fanat/azarkeşləri özləri bunun qarşısını qətiyyətlə alacaq!
Avrokuboklarda bütün klublarımıza uğurlar...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.