FUTBOL. UEFA ÇL
-------------------------------
"Qarabağ" Polşada "Rakuv"un qonağıdır
Dünən startı verilən futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları bu gün də davam edəcək. Azərbaycan futbol azarkeşləri üçün ən maraqlı oyun isə Polşada baş tutacaq "Rakuv" - "Qarabağ" qarşılaşması olacaq. Oyun saat 21:15-də "Stadion Rakuva"da başlanacaq. Cavab oyunu isə avqustun 2-də Bakıdakı "Olimpiya" stadionunda keçiriləcək. Xatırladaq ki, "Qarabağ" turnirin ilk mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu səfərdə keçirdiiyi ilk oyunda 2:1, doğma divarlar arasında baş tutan cavab matçında isə 4:0 hesabla məğlub etmişdi.
Bu gün daha bir neçə oyun keçiriləcək, Həmin oyunlarda isə aşağıdakı cütlər qarşılaşacaqlar:
"Aris Limasson" (Kipr) - BATE (Belarus). 26 iyul. 20:00. "Alphameqa Stadium";
"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İzrail). 26 iyul. 20:00. "Şerif";
"Kİ Klasvik" (Farer adaları) - "Xeken" (İsveç). 26 iyul. 21:45. "Vid Dyupyumirar";
"Ludoqorets" (Bolqariya) - "Olimpiya" (Sloveniya). 26 iyul. 21:45. "Ludoqorets Arena".
Dünən isə daha bir neçə oyun keçirilib. Maraqlı oyunlardan biri Litvanın paytaxtı Vilnüsdə baş tutacaq. Yerli "Jalgiris" klubu "Stadion LFF"da qardaş Türkiyənin "Qalatasaray"ını qəbul edib. Qarşılaşma sülh şəraitində başa çatıb - 2:2 (0:0, 2:2).
Dünən keçirilən digər oyunlarda isə nəticələr belə olub:
"XİK" (Finlandiya) - "Molde" (Norveç) - 1:0 (1:0, 0:0). 25 iyul. 19:00. "Sonera Stadion";
""Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan) - 1:3 (0:1, 1:2), 25 iyul. 21:00. "Kosiçka futbalova arena";
"Dinamo Zaqreb" (Xorvatiya) - "Astana" (Qazaxıstan) - 4:0 (3:0, 1:0). 25 iyul. 21:00. "Maksimir";
"Servett" (İsveçrə) - "Qenk" (Belçika) - 1:1 (0:1, 1:0). 25 iyul. 21:00. "Stad de Jenev";
"Zrinski" (Bos. Hersoqovina) - "Slovan Bratislava" (Slovakiya) - 0:1 (0:0, 0:1)
"Breydablik" (İslandiya) - "Kopenhaqen" (Danimarka) - 0:2 (0:0, 0:2). 25 iyul. 22:15. "Kopavoqsvollyur";
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.