FUTBOL
---------------------
Messi Bekhemin qarşısında qolu "pivəmi tut" üslubunda qeyd edib
"İnter Mayami"nin hücumçusu Lionel Messi klubun sahibi Devid Bekhemin gözü qarşısında "Atlanta Yunayted"ə vurulan qolu yaradıcılıqla qeyd edib.
Xatırladaq ki, MLS + MX Liqa Kubokunun 2-ci turunun matçında "İnter Mayami" "Atlanta Yunayted"i 4:0 hesabı ilə məğlub edib. Lionel Messi dubl və assist edib. Səkkizinci dəqiqədə argentinalı hesabı açıb və stadionda olan “İnter Mayami”nin həmsahibi Devid Bekhemi nəzərdə tutaraq bu hadisəni “tut mənim pivəmi” üslubunda qeyd edib. "Mançester Yunayted"in və "Real Madrid"in keçmiş yarımmüdafiəçisi cavabında gülümsəyib.
36 yaşlı Messi "İnter Mayami"nin heyətində "Kruz Azul"a qarşı matçda debüt edib. Futbolçu 54-cü dəqiqədə meydana daxil olub. Bu görüşdə argentinalı hücumçu 90+4-cü dəqiqədə cərimə zərbəsindən klubda ilk qolunu vurub. Lionel əvvəllər "Barselona" və PSJ-də çıxış edib. 2022-ci ildə Argentina millisi ilə birlikdə dünya çempionu olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.