FUTBOL
-------------------
Argentinalı futbolçunun Ronaldo ilə döyməsi tənqid edilib
O, belə cavab verib:
“Kriştiano mənim kumirimdir, bu o demək deyil ki, Messiyə nifrət edirəm. Biz təkcə öz ölkəmizin futbolçularını sevmək məcburiyyətində deyilik”.
Argentinalı futbolçu Kriştiano Ronaldo ilə döyməsi ilə bağlı tənqidlərə məruz qalıb.
Yamila Rodrigezin ayaqlarında döymə olan foto şəbəkədə populyarlıq qazanıb. Onlardan birində Əl-Nəsrin və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo təsvir edilib. Eyni ayağında futbolçunun Argentina milli komandasının keçmiş oyunçusu və məşqçisi Dieqo Maradona ilə döyməsi var. Rodriges sosial şəbəkədə tənqid edilib və məsələ ilə bağlı açıqlama yayıb.
“Xahiş edirəm dayan. Mən çox razı deyiləm. Mən nə vaxt demişəm ki, Messiyə qarşıyam? Demədiyim şeyləri söyləməyi dayandırın, çünki həqiqətən çətin bir an yaşayıram.Sənə görə yox, sözlərinin qəddarlığına görə narahatam. İnsanın bəyəndiyi kumiri, oyunçusu ola bilməz? Zəhmət olmasa. Mən heç vaxt Messiyə qarşı olduğumu deməmişəm və olmayacağam da. Messi milli komandada bizim böyük kapitanımızdır, amma mənim ilhamımın və kumirimin KR7 olduğunu söyləməyim Messiyə nifrət etdiyim anlamına gəlmir. Hamımız müxtəlif şeyləri bəyənə bilərik və bunu əsaslandırmaq lazımdır. Problem nədir? Biz təkcə ölkəmizin futbolçularını sevməyə borclu deyilik. Xahiş edirəm anlayın ki, bu futboldur və hər kəsin öz üstünlükləri var və birini vurğulamaq digərini basdırmaq demək deyil. Dayandır, yorucudur, ağrıyır ”deyə Argentina və Palmeiras hücumçusu yazıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.