FUTBOL. UEFA ÇL. 2-ci mərhələ
-----------------
Avropada bu gün və sabah futbol həyəcanı yaşanacaq
"Qarabağ" Polşada "Rakuv"un, "Qalatasaray"sa "Jalgiris"in qonağı olacaq
Bu gün və sabah futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat məehələsinin ilk oyunları ilə Avropada yenidən futbol həyəcanı yaşanacaq. Azərbaycanlı futbol azarkeşləri də bu həyəcandan kənarda qalmayacaqlar. Çünki, ölkəmizi sözügedən turnirdə təmsil edən "Qarabağ" FK sabah Polşada yerli "Rakuv"un qonağı olacaq. Oyun saat 21:15-də "Stadion Rakuv"da başlanacaq.
Xatırladaq ki, "Qarabağ" turnirin ilk mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu səfərdə keçirdiiyi ilk oyunda 2:1, doğma divarlar arasında baş tutan cavab matçında isə 4:0 hesabla məğlub etmişdi.
Azərbaycanlı futvol azarkeşləri üçün daha bir maraqlı oyun isə bu gün Litvanın paytaxtı Vilnüsdə baş tutacaq. Yerli "Jalgiris" klubu saat 19:00-da "Stadion LFF"da qardaş Türkiyənin "Qalatasaray"ını qəbul edəcək. Bu mərhələnin digər oyunlarının afişası belədir:
"XİK" (Finlandiya) - "Molde" (Norveç). 25 iyul. 19:00. "Sonera Stadion";
""Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan), 25 iyul. 21:00. "Kosiçka futbalova arena";
"Dinamo Zaqreb" (Xorvatiya) - "Astana" (Qazaxıstan). 25 iyul. 21:00. "Maksimir";
"Servett" (İsveçrə) - "Qenk" (Belçika). 25 iyul. 21:00. "Stad de Jenev";
"Zrinski" (Bos. Hersoqovina) - "Slovan Bratislava" (Slovakiya). 25 iyul. 22:00. "Bieli Brieq";
"Breydablik" (İslandiya) - "Kopenhaqen" (Danimarka). 25 iyul. 22:15. "Kopavoqsvollyur";
"Aris Limasson" (Kipr) - BATE (Belarus). 26 iyul. 20:00. "Alphameqa Stadium";
"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İzrail). 26 iyul. 20:00. "Şerif";
"Kİ Klasvik" (Farer adaları) - "Xeken" (İsveç). 26 iyul. 21:45. "Vid Dyupyumirar";
"Ludoqorets" (Bolqariya) - "Olimpiya" (Sloveniya). 26 iyul. 21:45. "Ludoqorets Arena".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.