FUTBOL
------------------
"Əl-Hilal" Mbappeyə illik 700 milyon Avro əmək haqqı verməyə hazırdır
Səudiyyə Ərəbistanının "Əl-Xilal" futbol klubu Fransa yığmasının və "PSJ" klubunun forvardı Kilian Mbappeni düşərgəsinə qatmaqda çox israrlıdır. Ərəbistan təmsilçisi Mbappeni əldə etmək üçün bütün variantlara hazırdır. İş o yerə çatıb ki, "Əl-Xilal" Mbappenin transferi üçün "PSJ"-yə 300, onun özünə isə illik əmək haqqı kimi 700 milyon avro ödəmək niyyətindədir. Bu isə o deməkdir ki, Mbappe "Əl-Xilal"da hər dəqiqəyə görə 23,1 avro qazana bilər. Bu arada Mbappeyə "Çelsi", "Mançester Yunayted", "Barselona" və "İnter" kimi klublardan da təklif gəlib. Lakin fransalı forvard Madrid "Real"ını istəyir. "Real"ın təklifi isə "Əl-Xilal"ın təklifi ilə müqayisədə xeyli aşağıdır. Ona görə də "PSJ" daha çox qazanmaq üçün Mbappenin "Əl-Xilal"a keçidinə maraq göstərir.
Bu arada məlum olub ki, Mbappe "PSJ"nin müqaviləni uzatması təklifini qəbul etməyib. Onun müqaviləsi 2024-cü ildə bitdikdən sonra o, azad agent statusu ilə istədiyi kluba keçə biləcək. Bu hərəkətinə görə "PSJ" onu cəzalandırmaqdan da vaz keçməyib. Klub ilk olaraq onu Yaponiya toplanışına aparmayıb. Qarşıdakı mövsümdə isə onu ehtiyat oyunçular sırasında oturtmaqla hədələyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.