PARALİMPİYA
---------------------------
Hidayət Abdullayev ARMPK-nın yeni prezidenti seçilib
O, bu postda İlqar Rəhimovu əvəzləyib
Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Azərbaycan Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağı keçirilib. Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.
Növbədənkənar Ümumi Yığıncaqda 2022-ci il ərzində görülən işlər barədə hesabat, İlqar Rəhimovun Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının prezidenti seçilməsi ilə əlaqədar Milli Paralimpiya Komitəsi prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.
Gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar diləyib.
İ. Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib. İlqar Rəhimovun istefası qəbul edildikdən sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni Prezidentinin, Vitse-Prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.
Səsvermənin nəticəsinə əsasən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev Vitse-Prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.