QILINCOYNATMA
-------------------------------
İtaliyanın Milan şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir
İtaliyanın Milan şəhərində kişi və qadınlar arasında qılıncoynatma (sablya. şpaqa, rapira) üzrə dünya çempionatı keçirilir. Çempionatda Azərbaycandan olan müşketyorlar da mübarizə aparırlar. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub. Qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviç ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olaraq mübarizəni dayandırıb. Daha bir təmsilçimiz - Azərbaycan yığmaslnda lider rolunu oynayan və qadın sablyaçıların dünya reytinqində 7-ci olan Anna Başta isə hələ mübarizəyə qatılmayıb. O. mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq. Anna ən güclü 32-liyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada hindistanlı Anandha Çadalavada ilə qarşılaşacaq. Əsas mərhələnin görüşləri sabah keçiriləcək.
Kişi şpaqaçıların şəxsi yarışına gəlincə, ölkəmizi burada təmsil edən Ruslan Həsənov qrup mərhələsini adlayaraq ən güclü 64-lüyə kimi irəliləməyi bacar. Lakin o, 32liyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Marko Brinkmana 7:15 hesabı ilə uduzub. Barat Quliyev isə mübarizəni qrup mərhələsində dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.