Hümbət Quliyev:
Doğum günü ya ad günü?
Bu gün FB- də təkrar bu dilemma ətrafında etiraza rast gəldim.
Bildiyimlə bölüşürəm.
Əvvala hardan doğub bu ikili yanaşma?
Məncə bizdə bu sovetdən, daha doğrusu ruslardan gəlmə bir şeydir.
Ruslarda, daha dəqiq desək xristianlarda uşaqlara elə xristianlıqda olan müqəddəs insanların adını qoyurlar. Hər müqəddəsin də təqvimdə öz günü var. Uşağın adı hansı müqəddəslə bağlıdırsa, həmin müqəddəsin günündə ona bayram keçirirlər və həmin bayramın adı “именины” adlanır. Uşağın doğulduğu gün isə “ день рождения “, yəni doğum günü adlanır. Bir insana aid iki fərqli bayram. Bizimkilərin uşağa ad qoymasının müqəddəslərə aidiyyatı olmur və sadəcə ad qoyulan gün olur.
Əslində, əksəriyyət uşağın ad qoyulan gününü ayrıca qeyd etmir, uşağın doğum günü “ ad günü” adıyla qeyd edilir.
Bu stereotip düşüncələrə bərk hopub və mənim bu yazım heç nəyi dəyişməyəcək.
Bilin ki, azərbaycanlılar, adətən, “ad günü” adı ilə doğum günlərini qeyd edirlər.
Bəs təbrikləri necə etməli?
Bəzi azərbaycanlılar “ doğum günü” sözünə yaxşı baxmırlar, səbəbini yəqin özləri bilirlər.
Bu səbəbdən “ ad günü” ifadəsini kompromis kimi qəbul edib, elə bu ifadə ilə də insanları təbrik etmək olar.
Təki bayram etməyə səbəb olsun, qalan məsələlərdə bir- birimizi yola verərik…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.