FORMULA-1
--------------------
Yenə də Maks Ferstappen fərqlənib
O, cari mövsümdə 9 Qran-Prini udub
Ötən həftəsonu formula-1 üzrə dünya çempionatının sayca 11-ci Qran-Prisi keçirilib. Macarıstanın Modorod şəhərindəki "Xunqarorinq" avtodromunda keçirilən bu yarışda 10 komandanın heyətində 20 pilot yürüşə qatılıb ki, onlardan da yalnız üçü mübarizəni finişə çatmadan dayandırıb. Yürüş bu dəfəf də "Red Bull"un pilotu Maks Ferstappenin qələbəsi ilə bitib. Bu onun cari ildə ardıcıl 7-ci, ümumilikdə isə 9-cu qələbəsi olub. Bu qələbə sayəsində Ferstappen aktivindəki xalların sayını 281-ə, ən yaxın izləyicisi olan öz komanda yoldaşı Serxio Pereslə arasındak xal fərqini isə 110-a çatdırıb. Macarıstan Qran-Prisində ikinci yeri qalibdən +33,731 saniyə geri qalan Lando Norris ("Maklaren") tutub. Yeri gəlmişkən, Norris həm də "The Rake" versiyasına görə dalbadal 3-cü dəfə yürüşün ən yaxşı pilotu adına layiq görülüb. Finişə 3-cü çatan isə "Red Bull"un digər pilotu, cari mövsümdə iki Qran-Prini udan və hazırda yarış cədvəlində ikinci yeri tutan Serxio Peres olub. O, qalibdən +37,603 saniyə geri qalıb. 7 qat dünya çempionu adını daşıyan britaniyalı pilot Lyuis Hemlton ("Mersedes") isə finişə +39,134 saniyə geçikməklə 4-cü yersə çatıb. Lando Norrisin komanda yoldaşı Oskar Piastri isə finiş xəttini +1.02,572 dəqiqə geçikməklə 5-ci yerdə keçib. Finişə 6-cı çatan Corc Rassell ("Mersedes") Ferstappendən +1.05,825 dəqiqə geri qalıb. Finişi 7-8-ci yerdə keçən "Ferrari"nin pilotları Şarl Lekler +1.10.317 dəqiqə, Karlos Sayns isə +1.11.073 dəqiqə geridə qalıb. Fernando Alonso ("Aston Martin") +1.15.709 dəqiqə geçikdiyi halda 10-cu yeri tutan Lans Stroll ("Aston Martin") isə düz bir dövrə geçikib. Qeyd edək ki, finişi keçən digər 7 pilot da qalibdən 1 dövrə geridə qalıb.
Geridə qalan 11 Qran-Pridən sonra pilotların yarış cədvəlində vəziyyət belədir:
1. Макs Ferstappen ("Red Bull") – 281 xal
2. Serxio Peres ("Red Bull") – 171
3. Fernando Alonso ("Aston martin) – 139
4. Lyuis Hemlton ("Mersedes") – 133
5. Corc Rassell ("Mersedes") – 90
6. Каrlos Sayns ("Ferrari") – 87
7. Şarl Lekler ("Ferari") – 80
8. Lando Norris ("Maklaren") – 60
9. Lans Stroll ("Aston Martin") – 45
10. Esteben Okon ("Alpin") – 31
11. Оskar Piastri ("Maklaren") – 27
12. Pyer Qasli ("Alpin") – 16
13. Aleks Albon ("Uilyams") – 11
14. Niko Xyulkenberq ("Xaas") – 9
15. Valtteri Bottas (Alfa Romeo") – 5
16. Çjou Quanyuy ("Alfa Romeo") – 4
17. Yuki Tsunoda ("Alfa Tauri") – 2
18. Кеvin Maqnussen ("Xas") – 2
19. Loqan Sarcent ("Uilyams") – 0
20. Nik de Vris ("Alfa Tauri") – 0
21. Daniel Rikkardo ("Alfa Tauri") – 0
Komandaların yarış cədvəli:
1. "Red Bull" – 452 xal
2. "Mersedes" – 223
3. "Aston Martin" – 184
4. "Ferrari" – 167
5. "Maklaren" – 87
6. "Alpin" – 47
7. "Uilyams" – 11
8. "Xaas" – 11
9. "Alfa Romeo" – 9
10. "Alfa Tauri" – 2
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.