BOKS
--------------------
Boksçumuz Elburus Kərimli AÇ-ya qələbəylə başlayıb
Rumıniyanın Ployeşti şəhərində yeniyetmə boksçular arasında keçirilən və Azərbaycanın da 19 (13 oğlan, 6 qız) boksçu ilə qatıldığı Avropa çempionatı davam edir. Çempionatın 3-cü günü Azərbaycan yığmasının üzvü Elburus Kərimli (54 kq) rinq döyüşünə qatılıb. İlk döyüşündə italiyalı Françesko Crucillani ilə qarşılaşan boksçumuz onu 3:0 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabla məğlub edərək, adını 1\16 finalşılar sırasına yazdırıb. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.
Xatırladaq ki, daha bir boksçumuz Sübhan Babayev (50 kq) ilk iki döyüşünü qələbə ilə bitirərək 1\4 finala yüksəlib. İyulun 26-da isə o, növbəti döyüşünə çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.