VOLEYBOL
----------------------------
Avro-2023-ə Bosniya və Hersoqovinada hazırlaşan qadın voleybol yığmamız bu gün vətənə dönəcək
Avro-2023-ə hazırlaşan qadın voleybol yığmamız türkiyəli mütəxəssis Ataman Güneyligilin rəhbərliyi altında Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışını (TMT) davam etdirir. Bu ərəfədə qadın voleybolçulardan ibarət millimiz həmin ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, ilk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesablı qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Xatırladaq ki, komandamız AVRO-2021-də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, yığmamız dünən keçirilən son matçla Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub. Komanda bu gün Bakıya dönəcək və AÇ-ya hazırlıq prosesini paytxda davam etdirəcək. Yeri gəlmişkən, yığmamız tarixində 10-cu dəfə bu yarışa qatılacaq.
Xatırladaq ki, Avro-2023 avqustun 15-dən sentyabrın 2-dək Belçika, Almaniya, İtaliya və Estoniyada keçiriləcək. Yığmamız Çexiya (18 avqust), Almaniya (19 avqust), Türkiyə (20 avqust), Yunanıstan (22 avqust) və İsveçlə (23 avqust) birlikdə C qrupunda yer alıb. Azərbaycan bütün qrup oyunlarını Düsseldorfda (Almaniya) keçirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.