FUTBOL
------------------------------
"Qarabağ"ın səfər proqramı hazırdı
İyulun 26-da UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Bu turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" futbol klubu həmin gün Polşada yerli “Rakuv”un qonağı olacaq. Bu məqsədlə da “Qarabağ” FK iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.
Klubdan verilən məlumata görə, baş məşqçimiz Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.
Oyuna gəlincə, “Rakuv” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.
Cavab oyunu isə avqustun 2-də Bakıdakı "Olimpiya" stadionunda olacaq (saat 20:00).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.