VOLEYBOL
----------------------------
Yelizaveta Ruban: "AÇ-da əsas hədəfimiz qrupdan növbəti mərhələyə çıxmaqdır"
Azərbaycanın qadın voleybol klubu hazırda türkiyəli mütəxəssis Ataman Güneyligilin rəhbərliyi altında Bosniya və Hersoqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışındadır (TMT). Bu TMT yığmamızın 10-cu dəfə qatılacağı Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Bu arada yığmanın üzvü, hazırda komanda ilə birlikdə TMT-də olan Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına açıqlama verib. Komanda yoldaşı Olena Xarçenko ilə birlikdə ailəı vəziyyətinə görə TMT-ya gec qatıldığını dilə gətirən Ruban deyib: "Biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq etdik, komandanın rejiminə uyğun formamızı yığdıq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu oyunlar bizə imkan verəcək ki, komanda olaraq bir-birimizə tam uyğunlaşa bilək. Çünki demək olar ki, bir il biz birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Belə oyunların olması vacibdir ki, biz birgə oyunu hiss edək, meydanda bir-birimizlə yaxşı anlaşa bilək. Komandada vəziyyət yaxşıdır. Yeni məşqçimizə alışırıq, onun bizdən, bizimsə ondan nə istədiyimizi anlayırıq".
Yelizaveta Bosniya toplanışından sonra yenidən Bakıya qayıdacaqlarını və burada da bir neçə yoxlama yoldaşlıq oyunları keçirəcəklərini bildirib. Avropa çempionatı öncəsi belə yoxlama oyunlarının çox olmasının vacibliyini vurğulayan Ruban AÇ-da qoyulan ilkin məqsədin qrupdan çıxmaq olduğunu da gizlətməyib.
"Hər bir oyunçu nə üçün burada olduğunu yaxşı anlayır, biz tam formamıza düşsək, qarşımıza qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik. Ümid edirəm ki, biz qrupdan çıxacağıq" - deyən voleybolçumuz Avropa çempionatının qalibi kimi iSerbiya və İtaliya komandasını gördüyünü deyib.
"Səhhətimlə bağlı hər şey yaxşıdır. Şükürlər olsun heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm.
Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Biz yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, Avro-2023 avqustun 15-dən sentyabrın 2-dək Belçika, Almaniya, İtaliya və Estoniyada keçiriləcək. Yığmamız Çexiya (18 avqust), Almaniya (19 avqust), Türkiyə (20 avqust), Yunanıstan (22 avqust) və İsveçlə (23 avqust) birlikdə C qrupunda yer alıb. Azərbaycanın qrup oyunları Düsseldorfda (Almaniya) keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.