FUTBOL
---------------------
Stanislav Çerçesov "Ferentsvaroş"la müqaviləni pozub
Rusiyalı mütəxəssis Stanislav Çerçesov baş məşqçisi olduğu "Ferentsvaroş" (Macarıstan) klubu ilə qüvvədə olan müqaviləsini vaxtından əvvəl pozub və bununla da klubla yollarını ayırıb. Buna səbəb Macarıstan təmsilçisinin UEFA Çempional Liqasının 1-ci təsnifat mərhələsində fiaskoya uğraması olub. Qeyd edək ki, ötən mövsüm Çerçesovla Macarıstan çempionu adını qazanan bu klub UEFA ÇL-da özünü göstərə bilməyib. Səfərdə "Ki Klaksvik"lə (Farer adaları) heç-heçə (0:0) oynayan Macarıstan çempionu doğma divarlar arasında isə böyük hesabla (0:3) məğlub olub. Son nəticədə isə ""Ferentsvaroş" Avropanın ən yüksək səviyyəli klub turniri ilə erkən vidalaşıb. Bu vida isə Çerçesovun da klubla vaxtından əvvəl yollarını ayırmasına və vidalaşmasına səbəb olub.
Onu da qeyd edək ki, 59 yaşlı məşqçi müqaviləsini vaxtından əvvəl pozmaq məcburiyyətində qalmasına rəğmən klubdan heç bir kompensasiya tələb etməyib.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.