“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır”
layihəsi üzrə Ağstafa rayonunda regional təlimlər davam edir
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsi üzrə Ağstafa rayonunda regional təlimlərə başlamışdır. Ağstafa rayonunda növbəti təlim 21 iyul 2023-cü il tarixdə Ağstafa rayonu Xıdır İsmayılov adına Eynallı kənd tam orta məktəbində keçirildi.
Təlimə Ağstafa rayonu Eynallı kənd orta məktəbinin, Eynallı kənd mədəniyyət evinin, Eynallı kənd kitabxanasının, Azətiqaz İstehslat Birliyinin əməkdaşları, Eynallı kəndinin sakinləri dəvət olunmuşdur.
Təlimdə məişət zorakılığının geniş yayılmış formaları, onları doğuran səbəblər, bu səbəblər haqqında bəzi məlumatların doğru olmaması, zorakılığa dözümlülük hallarının yolverilməzliyi, daha ağır nəticələr doğurması, məişət zorakılığı, o cümlədən erkən nikahlarla mübarizədə dövlət orqanlarının imkanları və vəzifələri, qadınlara qarşı psixoloji zorakılığın nəticələrinin daha ağır olması, uşaqların tərbiyəsinə mənfi təsir göstərməsi, ailə institutunun nüfuzuna mənfi təsir göstərməsi, erkən nikahları doğuran səbəblər, qadınlara qarşı təqib və cinsi qısnama kimi məsələlər geniş izah edilmişdir. Daha sonra iqtisadi zorakılıq, onun nəticələri, qadınların işləməyə qoyulmaması, ünsiyyətlərinə məhdudiyyətlərin qoyulması, selektiv abortlar, qısırlaşdırma və onların nəticıləri barədə biliklər verilmişdir. Dövlət orqanlarının erkən nikahlarla mübarizədə rolu, imkanları və vəzifələri məsələlərinə toxunulmuş, qurbanların müraciət imkanları və konfidensiallıq məsələləri izah edilmişdir. Təlimin iştirakçılarına qadınlara qarşı zorakılıq hallarının müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanıldı. Təlimin iştirakçılarına xırda hədiyyələr şarflar və yaylıqlar paylanıldı, müzakirələr çay süfrəsi arxasında davam etdirildi. Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verildi.
Təlimdə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Hamil Həsənov, Eynallı kənd icra nümayəndəliyinin əməkdaşı Əli Məmmədov, Xıdır İsmayılov adına Eynallı kənd tam orta məktəbinin direktoru Mövsüm Paşayev iştirak etdilər.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.