“Heydər Əliyev və mətbuat”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar tədbir keçirdi. Tədbirdə “Mədəniyyət.Culture” jurnalının baş redaktoru, “Mədəniyyət” qəzetinin jurnalistləri və Mərkəzi Kitabxananın fəal oxucuları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Abonement bölməsinin müdiri Lalə Səlimova açaraq tədbir iştirakçılarını salamladı, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
MKS-in direktoru Lətifə Məmmədova 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə peşə sahiblərini təbrik edərək qeyd etdi ki, ötən 148 ildə müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətdə gedən proseslərin işıqlandırılmasında mühüm rol oynayıb. O bildirdi ki, hazırda ölkəmizdə mətbuatın üzərinə düşən vəzifələrin miqyası daha da artır və genişlənir. Respublikada çoxlu sayda qəzet və jurnallar nəşr olunur, internet media inkişaf edir.
“Mədəniyyət. Culture” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva Azərbaycan milli mətbuatının böyük mübarizə və inkişaf yolu keçməsindən danışdı. O bildirdi ki, Azərbaycanda mətbuata dövlət qayğısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən senzuranın aradan qaldırılması oldu. O dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması bu gün inkişaf etmiş mətbuata gətirib çıxardı.
“Mədəniyyət” qəzetinin teatr yazarı, müxbir Həmidə Rüstəmova çıxışında Azərbaycan mətbuatının bir sıra problemlərlə üzləşdiyini, Ümummilli Lider Heydər Əliyevin köməkliyi ilə mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmasından, Konstitusiyada mətbuat azadlığının təsbit olunmasından danışdı. Heydər Əliyevin 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən “jurnalistlərin dostu” adına layiq görülməsi onun milli mətbuata xüsusi diqqət və qayğı göstərdiyini bildirir.
“Mədəniyyət” qəzetinin teatr yazarı Samirə Behbudqızı ölkəmizdə söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən maddi və mənəvi dəstək verildiyini qeyd etdi.
“Mədəniyyət” qəzetinin korrektoru Səbinə Məmmədova çıxışında Azərbaycan milli mətbuatının 125 illiyində Ümummilli Lider Heydər Əliyevin jurnalistlərlə görüşündə onlarla apardığı söhbətdə söylədiyi fikirləri dedi: “Bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Sözlər deyil, bu, mənim geniş siyasətimin əsasıdır”.
Tədirin sonunda MKS-in direktor müavini Könül Vəliyeva və Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova jurnalistlərlə görüşün maraqlı və yaddaqalan olduğunu vurğuladılar, onlara maraqlı diskusiyaya görə təşəkkür etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.